ŞAMAXI SAKİNİ EVİNDƏ YANARAQ ÖLÜB
Tarix: 27-04-2012, 12:39 |
Çap et
FHN YANĞINI SÖNDÜRSƏ DƏ…
Şamaxıda yaşayış evi yanıb, bir nəfər ölüb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1957-ci il təvəllüdlü Babayar Məhərrəm oğlu Allahyarlının cəsədi aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.