“AZADLIQ”IN TƏKZİBİ PREZİDENTİ QANE ETMƏYİB?
Tarix: 25-04-2012, 15:54 |
Çap et
MƏTBUAT XİDMƏTİ “GÖZLƏYƏK” DEYİR
Aprelin 25-də “Media forum” saytı prezidentin mətbuat katibi Azər Qasımova müraciət edib.
Sayt Azər Qasımovdan dövlət başçısı İlham Əliyevin 800 min dollarlıq qol saatı bağladığı haqda aprelin 24-də “Azadlıq” qəzetində dərc edilən və prezidentin mətbuat xidməti tərəfindən tam təkzib olunan xəbərlə bağlı qəzetin həmin gün yaydığı açıqlamanın prezidentin mətbuat xidmətini qane edib-etmədiyini soruşub.
Azər Qasımov “Media forum”un müraciətinə cavab olaraq deyib: “Azadlıq” qəzetinin yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı görmüşük. Amma bunun bizi qane edib-etmədiyi haqda indi bir söz deyə bilmərəm. Bir neçə gün gözləyək görək hadisələr necə inkişaf edəcək.