Əsas Səhifə > Hadisə, Manşet > Daha bir deputatın mandatı ləğv oluna bilər...

Daha bir deputatın mandatı ləğv oluna bilər...


29-12-2015, 09:59
Daha bir deputatın mandatı ləğv oluna bilər...
DİA.AZ: - Deputat Rəfael Cəbrayılovun mandatı təhlükə altındadır. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, nəhayətdə "yuxarılar" deputatla bağlı son zamanlar artan şikayətlərin araşdırılması üçün göstəriş veriblər.

Qaynağın dia.az-a söylədikləri: "Hüquq-mühafizə orqanları bu barədə tapşırıq alıb. Müvafiq qaydada hərəkətə keçilərsə, Rəfael Cəbrayılovun mandatının ləğvi belə gündəmə gələ bilər. Şünki bəzi ittihamlar üzrə addımın atılması üçün onun hüquqi statusu əngəl yaradır".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt