Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümov Cahangir Hacıyevin adamını çətiri altına alır...

Səlim Müslümov Cahangir Hacıyevin adamını çətiri altına alır...


26-12-2015, 10:27
Səlim Müslümov Cahangir Hacıyevin adamını çətiri altına alır...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (SMM) direktoru işdən çıxarılsa da, rayonda söz-söhbətlər səngimək bilmir. Qeyd edək ki, SMM direktorunun işdən çıxarılması ilə bağlı ilk məlumatı məhz Bizimxeber.az saytı yazmışdı.
Bizimxeber.az-a daxil olan məlumata görə, hazırda bu posta iddia edənlər çox olsa da, Beynəlxalq Bankın Cəlilabad filialının direktoru Natiq Abbasovun iddiası həm daha böyük, həm də daha ciddi kimi görünür. Cəlilabaddakı mənbəələrin məlumatına görə, Natiq Abbasov yeni nazir Səlim Müslümovun tələbə yoldaşıdır. Bundan əlavə, öxünün dediyinə görə, Natiq Abbasov Səlim Müslümovla həm də yaxın dostdur. Onun bu vəzifəyə ən real namizəd olmasını şərtləndirən amil də budur. Rayondan verilən məlumatda deylir ki, Natiq Abbasov məhz yeni vəzifəyə getmək ehtimalının çox olması səbəbindən əvvəlki iş yerindən imtina edir.
Cəlilabaddan verilən digər xəbər isə rayon SMM-nin Müşfiq adlı mühasibinin hələ də işdə qalmasıdır. Məlumatda deyilir ki, rayon şöbəsində baş verən bütün qanunsuzluqlarda keçmiş direktorla əlbir olan Müşfiq bəy hansısa səbəblərdən postunu qorumağa nail olub.
Həm bu mühasib, həm də Natiq Abbasov barədə ətraflı məlumatları yaxın günlərdə oxuculara çatdıracağıq.

Geri qayıt