Əsas Səhifə > Hadisə, Manşet > Adil Vəliyevin adamları rüşvət verməyənləri döyürmüşlər...
Adil Vəliyevin adamları rüşvət verməyənləri döyürmüşlər...11-11-2015, 09:04 |
DİA.AZ: - Redaksiyamıza ərizə ilə müraciət etmiş Sabunçu rayon Maştağa qəsəbəsi Ləhic bağlarında müvəqqəti yaşayan Salyan rayon sakini, Yeni Azərbaycan Partiyasının üzvü, 2-ci qrup əlil, prezident təqaüdçüsü Əsgərov İsrafil Atamalı oğlu rayonun icra hakimiyyətinin işçiləri tərəfindən hüquqlarının kobud şəkildə pozulduğunu və hətta həmin şəxslər tərəfindən döyüldüyünü bildirir. DİA.AZ olaraq İsrafil Əsgərovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Ramil Usubova, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova ünvanladığı müraciətini təqdim edirik: “Yazıb Sizə məlumat vermək istəyirəm ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində, 4 sot bağ torpağım var. Mənə məxsus olan torpaqda abadlıq işləri apararkən, Sabunçu Rayon İcra Hakimiyyətinin işçiləri qəfildən mənim bağ massivimə hücüm etdilər və heç bir xəbərdarlıq etmədən, sənəd göstərmədən Maştağa camaatının qarşısında məni döydülər və təhqir etdilər. Mənim yaşadığım 12 kv. metrlik komanı sökməyin deyəndə, 14-cü polis bölməsinə zəng etdilər. Polis patrulları məni zor işlədib, polis-patrul maşınına salıb 14-cü polis bölməsinə apardılar. Mən onlara deyəndə ki, əgər qanunsuz iş görürəmsə, mənim komamı sökmək yox, məni döyüb təhqir etməklə yox, qanuni şəkildə məhkəməyə müraciət edə bilərsiz, mənim sözlərimə heç bir məhəl qoymadılar. İcra hakimiyyətinin əməkdaşı, ərazidə camaatdan tikinti məqsədilə rüşvət toplayan Elvin Mikayılov adlı şəxsin göstərişilə mənə məxsus olan komamı sökdülər. Bölmədə məlum oldu ki, icra nümayəndəliyinin işçisi Rəfael adlı şəxs məndən üç min tələb edəndən sonra, mənim ona imkanım çatmadığını dediyimə görə yaşamaq üçün tiktiyim komanı söküblər. Mən 1992-ci ildə dövlət çağırışıyla cəhbəyə yollanmışam. Həmin döyüşlərin birində ağır yaralanıb və ordudan təxris olunmuşam. Hal-hazırda 2-ci qrup Qarabağ əlili və prezident təqaüdçüsüyəm. Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Həmçinin mən 4 uşaq atasıyam. Maştağa qəsəbəsində himayəda yaşayıram. Ali baş komandanının sərəncamıyla ev növbəsinə dayanmışam. Hal-hazırda növbədəyəm. Sizdən xahiş edirəm ki, mənim hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz.” Bəlkə də bu sətirlərdən sonra sadəcə olaraq “əlavə şərhə ehtiyaz yoxdur” kimi bir ifadə işlətməklə, yazıya sonluq vermək olardı. Amma məsələ bundadır ki, Sabunçu RİH-nin fəaliyyəti barədə şikayət məzmunlu məlumatların redaksiyamıza təqdim olunduğu heç də birinci dəfə deyil. Məlum olduğu kimi, hələ bir müddət əvvəl ölkə mətbuatında Adil Vəliyev tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara, müəsisə və təşkilat rəhbərlərinə, eləcə də sadə vətəndaşlara qarşı yolverilməz təzyiq üsullarından istifadə edildiyinə dair tənqisi materiallar da dərc olunmuşdu. Belə ki, hələ bir il bundan əvvəl Sabunçu rayonunun bir qrup sakini və rayonda fəaliyyət göstərən sahibkarlar icra başçısı Adil Vəliyevdən ölkə prezidentinə şikayət etmişdilər. Həmin şikayətdə xüsusilə bu ifadələr diqqəti cəlb edirdi: “Biz Sabunçu rayonuna yeni başçı təyin olanda çox sevindik. Allah tərəfi ilk ayı pis olmadı. Amma, sonradan bu sevincimiz yasa döndü. Belə ki, icra başçısı abadlıq işləri altında rayonu başdan-sona kimi qazır, ticarət obyektlərini sökdürür. Bu gün rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, başçının əmri ilə vaxtı ilə mərhum prezidentimiz Heydər Əliyevin əmri ilə salınan yaşıllıqlar məhv edilərək yeri ayrı-ayrı biznesmenlərə satılıb”. Göründüyü cəzasızlıq mühiti artıq bu rayonda həta Qarabağ müharibəsi əlillərinin də RİH əməkdaşları tərəfindən “hədəfə alınmalarına” şərait yaradıb... dia-az.life olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |