Əsas Səhifə > Hadisə, Manşet > Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...

Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...


22-10-2015, 09:23
Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...
DİA.AZ: - Ucar rayonu Qazyan kənd sakini 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu DİA.AZ-a müraciət ünvanlayıb. Dolanığının çətin olduğunu, məhz maddi imkansızlıqdan bir körpə balasını itirdiyini deyən gözdən əlilin dia.az-a yolladığı məktubda deyilir:

"Mən gözdən əlil olmaqla 1-ci qrup əliləm.Hər iki gözüm kordur. Azərbaycanda mərhəmətli və humanist insanların çox olmasına görə mətbuat vasitəsi ilə bütün imanlı, vicdanlı Allahı sevən insanlara yalvarıram bizə kömək edin.Yaşadığım ev qəzalı vəziyyətdədir ki, qorxa -qorxa yaşayırıq.Öz canımdan yox körpə balama görə çox narahatam. Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq.Ailəliyəm, iki övladım var idi.Övladımın biri balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuq dəymədən öldü.Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə körpə uşağım soyuqdəymədən öldü.Özümüz isə dam örtüyü tam yararsız evdə acınacaqlı və təhlükəli vəziyyətdə yaşayırıq.

Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...
Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...

Hər an qəzalı vəziyyətdə olan evimizin damı və hasarı uça bilər ki, buna görə həyatımız təhlükə qarşısındadır. Həyat yoldaşım həm mənə həm də 3 yaşlı övladımıza baxır deyə heç bir yerdə işləmir, əliliyə görə mənə təyin edilmiş pensiyamı uşağımın müalicəsi üçün Bankdan götürdüyüm kreditə tutulur.Bu səbəbdən də ailə vəziyyətimiz çox acınacaqlıdır.Elə olur ki, günlərlə çörək belə tapa bilmirik.Özümün yox ailəmin az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür.Bizim ailənin vəziyyətini gözləri ilə gəlib görən insan dəhşətə gələr.Bəlkə də Azərbaycanda aclıq içində təhlükəli ev şəraitində yaşayan ikinci belə bir ailə yoxdur".

Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...

Daha sonra dia.az-a daxil olan müraciətində Ucar sakini durumunu belə izah edir: "Allah heç kəsi dünya işığına həsrət etməsin, yoxsulluq vəziyətinə salmasın. Baxmayaraq ki, ailəmiz acından ölmək təhlükəsi ilə və təhlükəli vəziyətdə yaşayır anacaq buna baxmayaraq ümüdümüzü üzməmişik ona görə ki,Azərbaycanda imanlı, vicdanlı insanlar çoxdur.İnanıram ki, bizim ailəmizi aclıqdan, yoxsulluqdan ölməyə imkan verməyəcəksiniz, qəzalı vəziyyətdə olan evimizin təmir etdirilməsinə köməklik edəcəksiniz. 24 Oktyabrda Respublika ərazisində Aşura mərasimi qeyd ediləcək.Mən mətbuat vasitəsi ilə bütün imanlı hacılara, dindarlara, müsəlman bacı, qardaşlarıma , vicdanlı vəzifəli şəxslərə, deputatlığa namizəd olan şəxslərə müraciət edib çox- çox xahiş edirəm, yalvarıram ,and verirəm O, bir olan Alllaha aşura nəzirin bizim qəza vəziyyətində olan evimizin təmiri üçün açılmış Bank hesabına köçürün.Yalvarıram sizə kimin nəyə gücü çatırsa bunu etsin.Ümüdümüz O bir olan Allaha və Sizlərədəir ey iman, vicdan sahibi olan mərhəmətli insanlar bizə kömək edin.Allah heç kəsi dünya işığına, çörəyə möhtac etməsin".

Cənab nazir, bu ölkənin gözdən əlili əl açıb dilənirsə...

Əlaqə telefonu; (051) 808-14-47

Yardım etmək istəyənlər üçün Bank hesabı Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi
Kod; 805807 Vöen; 9900001881 Swift kodu ; İ B A Z A Z 2x Müştəri ; Qədirov Rafiq İsrayıl oğlu
Müxbir hesabı ; AZ 03NABZ01350100000000002944
Hesab Valyuta AZN

Bütün maralı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt