Əsas Səhifə > Hadisə, Manşet > Fuad Muradovdan “orjinal” təbliğat kampaniyası

Fuad Muradovdan “orjinal” təbliğat kampaniyası


21-10-2015, 10:04
Fuad Muradovdan “orjinal” təbliğat kampaniyası
34 saylı Xətai ikinci Seçki Dairəsindən namizədliyini irəli sürmüş deputat Fuad Muradov “orjinal” seçki kampaniyası aparır. JAM.AZ xəbər verir ki, hələ bir neçə gün əvvəl Muradovun özünün təbliğatını saxta profillər vasitəsi ilə həyata keçirdiyinə dair məlumat yayılmışdı.

Həmin məlumatda deyilir ki, deputatlığa namizəd qərargah üzvlərinin ixtiyarına verdiyi həmin saxta profillər varsitəsi ilə Facebookda aktiv təbliğat kampaniyası təşkil edirmiş. İşin üstü açıldıqdan sonra kampaniyanı dayandıran Fuad Muradov, bu dəfə başqa bir vasitəyə əl atıb.

JAM.AZ-a verilən məlumatlara görə, deputatlığa namizəd Xətai rayonu ərazisində əhali ilə görüşləri mütəşəkkil şəkildə həyata keçirə bilmədiyindən yeni “üsul” fikirləşib. İddia edilir ki, Fuad Muradovun adamları 5-10 nəfərlə keçirilən görüşləri kompyüter vasitəsi ilə fotomontaj edərək, guya yüzlərlə adamla görüş keçirdiyi təəssüratı yaratmağa çalışır. Bundan başqa, o, həmçinin özünün adamlarını da görüşlərə apararaq, daha da qələbəlik yaratmaq istəyir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt