Əsas Səhifə > Hadisə, Manşet > Hansı icra başçıları yol üstündədir...

Hansı icra başçıları yol üstündədir...


2-09-2015, 10:36
Hansı icra başçıları yol üstündədir...
DİA.AZ: - Dünəndən bir neçə rayonun icra başçısının dəyişdirildiyi barədə xəbərlər yayılsa da, bu iddia olunanlar hələlik rəsmi təsdiqini tapmayıb. DİA.AZ-ın məlumatına görə, xəbərlərdə Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun Sumqayıta, Sumqayıt şefi Eldar Əzizovun isə Bakının Nizami rayonuna başçı göndəriləcəyi qeyd olunur.

Bu barədə DİA.AZ-a danışan hökumətdəki mənbə bildirir ki, eyni zamanda iki əyalət rayonu rəhbərinin də görəvindən alınacağı onlardan birinin isə Abşerona gətiriləcəyi gözlənilir.

Mənbənin dia.az-a soylədikləri: "Həmin icra başçıları ilə bağlı da sərəncam hazırdır. Sadəcə olaraq rəsmən elan olunması yubadılır".

Amma hansı əyalət rayonlarında rəhbər dəyişikliyinin baş verəcəyini dəqiq ifadə etməyən mənbə, bu gün-sabah rəsmi məlumatların yayılacağını da istisna etmədi.

DİA.AZ isə xatırladır ki, son zamanlar Ağsu, Gədəbəy, Xaçmaz və Masallı RİH başçılarının vəzifələrindən azad ediləcəyi haqda xəbərlər dolaşmaqdadır. Onlardan hansının Abşerona gətiriləcəyi isə dəqiq bəlli deyil.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt