Əsas Səhifə > Hadisə, Manşet > Bakı Sağlamlıq Mərkəzinin əsəb xəstələrini kim əsəbiləşdirir?

Bakı Sağlamlıq Mərkəzinin əsəb xəstələrini kim əsəbiləşdirir?


10-08-2015, 11:32
Bakı Sağlamlıq Mərkəzinin əsəb xəstələrini kim əsəbiləşdirir?
Qafqaz Xəbər Agentliyinin redaksiyasına Bakı Sağlamlıq Mərkəzinin ( BSM ) nevrologiya şöbəsinin reanimasiya bölməsinin Vahid adlı növbətçi həkimi barədə məktub daxil olub.

Məktubu BSM-nin nevroloğiya şöbəsində yatan xəstələr redaksiyamıza ünvanlayıb. Məktubda qeyd olunur ki, reanimasiya bölməsinin Vahid adlı həkimi xəstələrin yanına gələn insanların üstünə qışqırır, kobud hərəkətlər edir, təhqiredici ifadələr işlədir. Bir filmdə deyilən kimi, “bolşe zəhrimar”…

Bir sözlə, gələnlər üçün elə atmosfer yaradır ki, onlar məcbur olub ciblərindəki sonuncu manatı da ona versinlər. İstədiyinə nail olandan sonra Vahid həkimin üzündən “nur” tökülür…

Ancaq həkimin üzü gülməyə başlayanda, xəstənin yanına gələnlər özünə çətin gəlir…çünki indi onsuz da insanlar problemlərlə kifayət qədər yükləniblər Bir yandan da Vahid həkimin üzündən tökülən zəhrimar adamları müşkülə salır.

Vahid həkimlə bağlı araşdırmamız davam edir.

Geri qayıt