Əsas Səhifə > Hadisə, Manşet > "Caspian Mobile" satdığı telefona “yiyə” durmur

"Caspian Mobile" satdığı telefona “yiyə” durmur


13-07-2015, 11:18
"Caspian Mobile" satdığı telefona “yiyə” durmur
Bu günlərdə bir vətəndaş Qafqaz Xəbər Agentliyinə müraciət edərək Caspian Mobile şirkətindən narazılğını bildirdi. Vətəndaş qeyd edir ki, ona bir müddət öncə tanışlarından biri tərəfindən HTC DESİRE 601 DUAL SİM telefonu hədiyə olunub: “ Bir neçə ay işlətdikdən sonra telefon işləmədi, problemlər yarandı. Mən telefonun zəmanət talonunu götürərək şirkətin texiniki servis xidməti göstərən “MT SERVİS” MMC şirkətinə yaxınlaşdım. Şirkətin əməkdaşları telefonumu götürərək bildirdilər ki, 14 gün ərzində sizə məlumat veriləcək. 13 gün keçdikdən sonra isə mənə zəng edib qeyd etdilər ki, telefon düzəlmir, gəlin akt tərtib edək yenisi ilə əvəzlənsin. Mən də servis xidmətinə yaxınlaşdım ,mənə verilən aktı götürdüm və telefonu hardan alacağımı soruşdum. Əməkdaş isə qeyd etdi ki, telefon hardan alınıb gedin ordan alın. Mən isə qeyd etdim ki, telefon bir il qabaq alınıb və həmin vaxt bunu mənə hədiyyə ediblər, həmin tanışım isə xaricdədir əlaqəm yoxdur, mən də bilmirəm hansı mağazadan alınıb. Mən şirkətin əməkdaşından soruşdum ki siz telefonun İMEİ kodu vasitəsilə mənə telefonu hansı müəssisə satdığını deyə bilərsiz. Əməkdaş isə qeyd etdi ki, bunun üçün mən Caspian Mobile şirkətinə sorğu göndərməliyəm, onlardan isə cavab gec gələcək ,1-2 həfə çəkəcək. Mən də qeyd etdim ki, siz göndərin gözləyərəm. Ancaq əməkdaş qeyd etdi ki, sizi əmin eləmək istəmirəm, çünki bir neçə sorğu göndərmişəm ancaq hələ də cavab gəlməyib. Və əlavə olaraq onu da qeyd etdi ki, fəaliyyəti dayandırılan müəssisələr var. Əgər sizin telefon alınan müəssisənin fəaliyyəti dayandırılıbsa onda yəqin ki, ala bilməyəcəksiz”. İndi vətəndaş haqlı olaraq narazılıq edir ki, İMEİ kodla müəssisənin adını demək asan bir şeydir, buna görə vətəndaş niyə həftələrlə gözləməlidir. Və əgər müəssisə bağlanıbsa onda şirkət mənim telefonumu verməyəcək? Necə ola bilər ki, Caspian Mobile şirkəti satdığı telefona “yiyə” durmasın..?

Geri qayıt