Əsas Səhifə > Hadisə, Manşet > Şəkililərin və yolu Şəkiyə düşənlərin həyatı nədən təhlükədədir?

Şəkililərin və yolu Şəkiyə düşənlərin həyatı nədən təhlükədədir?


18-06-2015, 10:57
Şəkililərin və yolu Şəkiyə düşənlərin həyatı nədən təhlükədədir?
Təcrübəli mütəxəssis Rahab Qazıyevin Moderator.az-a verdiyi məlumata görə Şəkidə məmurların nəfsi daha bir bədbəxt hadisənin baş verməsinə rəvac verə bilər:

"Bir həftədir ki Şəkidəyəm və bir neçə gündür ki, M.F.Axundov prospektində ağır tonnajlı maşınların torpaq daşımasını gördüm və maraqlandım. Müşahidələrimin nəticəsi olaraq bu yazını yazmaq qərarına gəldim.
Deməli, Şəkidə Aşagı Karvansarada tikinti və bərpa işləri aparılır, oradan cıxan torpaq Axundov prospekti ilə 3 saylı məktəblə üzbəüz yerləşən və Qurcana cayı üzərindən keçən körpü ilə harasa aparılır. Bu körpü qədimi körpüdür. Bu arada cayın sahilinə enib, körpünün vəziyyəti ilə maraqlandım və belə bir qənaətə gəldim ki, bu körpüdən ağır tonnajlı maşınların işləməsi təhlükəlidir və onun uçma ehtimalı böyükdür. Bir də ki, körpünün altından qaz xətti keçir. Şəki sakinlərinin dediyinə görə qaz xətti birbaşa hansısa generala məxsus olduğu deyilən otel üçün çəkilib. Yaxşı olardı ki, Şəki İcra Hakimiyyəti və yol polisi bu maşınların körpünün üstündən keçməsini qadağan eləsin. Bir də ki, bu Qurcana cayının üzərində tikilmiş bir neçə belə körpülər də var və bunların heç birində bu körpüdən neçə tonluq maşının işləməsinə icazə verən və yaxud qadağan edən işarələr yoxdur.
Yeri gəlmişkən, bir şeyi də vurğulayım ki, son vaxtlar bu bölgədə turizmin inkişafı adı altında dağətəyi ərazilərdə xeyli otel, motel və s. təyinatlı tikililər inşa olunur. Inşaat işləri gedən zaman dağ suxurlarının ciddi zədələnməsi halları baş verir ki, bu da özlüyündə torpaq sürüşməsindən tutmuş, digər təbii fəlakətlərə qədər xeyli fəsadlara yol aça bilər. Elə bu səbəbdən də FHN-nin və digər müvafiq qurumların bu məsələləri ciddi nəzarətdə saxlamaq vacibiyyəti var. Əks təqdirdə gec, ya da tez faciəli sonuclara varan fəlakətlərin baş verməsi qaçılmaz olacaq.
Geri qayıt