Əsas Səhifə > Hadisə, Manşet > Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı

Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı


4-06-2015, 11:21
Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı
Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə özünü apara bilməyən, harınlamış məmur övladları, qohumları barədə kəskin şəkildə fikrini bildirmişdir. Qafqaz Xəbər Agentliyi bildirir ki, Cənab Prezident milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, xalqa yuxarıdan aşağı baxanlar haqqında da öz dəyərli fikirlərini söyləyib: “ Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər.

Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına , mərkəzi icra orqanlarının da rəhbərlərinə də aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”. Görəsən məmurların düz yola qayıtması üçün ölkə başçısı bundan artıq nə deməlidir..?? Ölkə mətbuatı dəfələrlə Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənovun qanunsuz əməlləri barədə yazıb.

Emin Həsənov əcnəbi iş adamalarına, miqrantlara qarşı heç bir ölçüyə-qanuna sığmayan hərəkətlər edərək dövlətimizin imicini korlayır. Ölkə başçısı xarici iş adamlarının ölkəmizə gəlməsi, sərmayə qoyması üçün siyasət yeridir. Emin Həsənov kimi məmurlar isə ölkəmiz haqqında mənfi rəy yaradırlar. Əgər Emin Həsənov kimi məmurlar təkcə ölkəmizin imicini korlasaydılar, dərd yarı idi.

Belə məmurlar əldə elədiyi milyonların hesabına cəmiyyətə hörmətsiz yanaşır, milli-mənəvi dəyərlərimizə yaraşmayan həyat tərzinə üstünlük verirlər. Sözün düzü, bizim bir agentlik olaraq kiminsə özəl həyatına müdaxilə etmək fikrimiz yoxdur. Amma unutmamalıyıq ki, Emin Həsənov böyük bir dövlət qurumunda vəzifəli şəxsdir.Qafqaz Xəbər Agentliyinin məlumatına görə üstəlik Milli Məclisin üzvü Malik Həsənovun əmisi oğludur. Həm də Emin Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğludur. Yəni bu familya az qala bütün hakimiyyət qollarında təmsil olunur. Ona görə də belə şəxslər cəmiyyət qarşısında daha məsuliyyətli olmalı, ölkə başçısının buyurduğu kimi milli adət-ənənəmizə uyğun olmayan məclislərin, yüngül əyləncələrin, çox bahalı hobbilərin nəinki təşkilatçısı, hətta iştirakçısı olmamalıdır. Amma əlimizdə olan, etika xatirinə paylaşmaq istəmədiyimiz faktlar, Emin Həsənovun başqa yolun yolçusu olduğunu göstərir.

Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı
Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı
Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı
Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı

Geri qayıt