Əsas Səhifə > Hadisə, Manşet > Başı cəncəldə olan oliqarx 17 milyonluq obyektini satışa çıxardı

Başı cəncəldə olan oliqarx 17 milyonluq obyektini satışa çıxardı


2-06-2015, 11:02
Başı cəncəldə olan oliqarx 17 milyonluq obyektini satışa çıxardı
Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” ticarət mərkəzi satışa çıxarılıb.

Axar.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır.

Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir. “İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada 200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu.

Ticarət mərkəzinin son dönəmlərdə həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur.

Başı cəncəldə olan oliqarx 17 milyonluq obyektini satışa çıxardı
Başı cəncəldə olan oliqarx 17 milyonluq obyektini satışa çıxardı

Geri qayıt