Əsas Səhifə > Hadisə, Manşet > Xaləddin İsgəndərovun ətrafında çəmbər daralır: Başçıya qarşı dəlillər var

Xaləddin İsgəndərovun ətrafında çəmbər daralır: Başçıya qarşı dəlillər var


27-05-2015, 11:26
Xaləddin İsgəndərovun ətrafında çəmbər daralır: Başçıya qarşı dəlillər var
DİA.AZ: - Prezident İlham Əliyevin qanunu pozanlara qarşı sərt mövqe nümayiş etdirməsi və hətta bu yöndə konkret tədbirlərin görülməsi üçün real addımlar atması özünü həm son günlərin həbslərindən, həm də bir sıra qalmaqallı olaylarından da biruzə verməkdədir. Faktiki olaraq hazırda konkret bir maliyyə fırıldaqçıları şəbəkəsinə qarşı dövlət tərəfindən qeyri-rəsmi də olsa, bir savaşın elan olunduğu hiss edilir.

Binəqədi rayonunda baş verən faciənin ardından isə prezidentin operativ müdaxiləsi nəticəsində günahkar bilinən xeyli sayda vəzifəli şəxslər də istintaqa cəlbğ olundu və yeni həbslərin olacağı da şübhəsizdir. Bu barədə Bakı meri Hacıbala Abutalıbov da net şəkildə açıqlama verərək yeni həbslərin olacağını söyləyib.

DİA.AZ-a daxil olan informasiyalarda isə bildirilir ki, hazırda Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova qarşı ittihamın elan olunması üçün müvafiq icazə gözlənilir.

Bu şok xəbəri verən qaynağın iddialarına görə, istintaqın əlində Xaləddin İsgəndərovu həbsə atdıracaq ciddi dəlillər var: «Təbii ki, Xaləddin İsgəndərov sıradan birisi deyil və o, bir rayonun icra başçısı olduğundan barəsində hansısa hüquqi addımın atılması üçün müvafiq olaraq «yuxarıların» icazəsi zərurəti yaranır».

Məlumatlı mənbə dia.az-a əlavə olaraq onu da blidirib ki, Xaləddin İsgəndərovun həbsi real görünür: «Bir neçə gün əvvəl özünü məsuliyyətdən kənarda saxlaması üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərovu hədəfə gətirən Xaləddin İsgəndərovun bu gün «yuxarı» dairələrdə hansısa qüvvə tərəfindən sona qədər himayə olunacağı o qədər də ağlabatan görünmür. Ən azından kimsə FHN şefi ilə ədavətdə olmaq istəməz ki, Bu da Xaləddin İsgəndərovun durumunu daha da ağırlaşdırır».

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt