Əsas Səhifə > Hadisə, Manşet > Övladı həkim naşılığının qurbanı olan atanı kimlər get-gələ salır...

Övladı həkim naşılığının qurbanı olan atanı kimlər get-gələ salır...


6-05-2015, 09:41
Övladı həkim naşılığının qurbanı olan atanı kimlər get-gələ salır...
DİA.AZ: - DİA.AZ-a təkrar olaraq müraciət edən Göyçay Rayon Çərəkə kəndi sakinləri Əhmədovlar ailəsi redaksiyamıza üzləşdikləri problemlə bağlı yeni məqamları çatdırıblar. Dia.az olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

"Bizim övladımız 27 yaşlı Aygün Göyçay Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin səriştəsizliyi, savadsızlığı və qanunsuzluğu nəticəsində 1 il 6 aydır ki, sağalmaz yataq xəstəsi olması barədə mətbuatda dərc edilən şikayətimizlə əlaqədar aparılan jurnalist araşdırması həqiqətləri ortaya çıxartdı.Beləl ki, jurnalistin bu barədə suallarını cavablandıran Göyçay rayon prokurorunun Ramiz adlı köməkçisi bildirib ki: “ Akif Əhmədovun dediklərinin əsası yoxdur. Mən onun şikayətini araşdırmamışam”. Göyçay RPŞ-nin Elsevər adlı təhqiqatçısı bildirib ki: “ Akif Əhmədov çox pis adamdır. O, həmişə şikayət edir, qızının uğursuz əməliyat olunduğunu yazır.Ancaq biz ekspertiza təyin etdik və ittihamlar əsassız oldu.Ona görə də cinayət işi qaldırılmadı.
Göyçay Mərkəzi xəstəxanasının həkimi Vladimir Şirinov isə jurnalistə bildirib ki: “ Akif Əhmədovun şikayəti əsasında heç bir ekspertiza keçirilməyib. Düzdür, prokurorun köməkçisi Ramiz barəsində şikayət olunan həkimləri öz kabinetinə çağırdı. Kabinetdə təhqiqatçı Elsevər də var idi. Prokuror köməkçisi təhqiqatçıya göstəriş verdi ki, cinayət işi açılmasın” Artıq bu fakt subut edir ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Famil Zeynalovun, Rövşən və Vladimr adlı həkimlərin cinayət əməllərinin üstü pul gücünə ört-basdır edilib.Baş həkim Famil Zeynalov jurnalistlərə yalandan söyləyib ki, Aygün Əhmədova Göyçay MRX-da cərrahiyə əməliyyatı edilməyib, əgər burada cərrahiyə edilsəydi sənədləşdirilərdi, Əhmədovlar ailəsi bizə şər atırlar.Bildiririk ki, yalanı bizim ailəmiz yox Göyçay MRX-nın korrupsiyaya qurşanmış baş həkimi Famil Zeynalov və onun himayə etdiyi cinayətkar həkimləri ediblər. Qızımızı cərrahiyyə əməliyyatı edən Rövşən həkimin öz xətti ilə yazdığı resseptlər də var ki, istintaq aparılarsa təqdim edəcəyik. Bu necə olur ki, bu boyda cərrahiyə əməliyatını danasan ? Bu mümkün deyil xəstənin bədənində cərrah bıçağının, cərrah tikişinin izi var.Bunu gizlətmək mümkün deyil.Buna görə də ekspertiza keçirilməlidir və bu şikayəti Göyçay rayon prokurorluğu yox Milli Təhlükəsizlik Nazirliyi araşdırılmalıdır. Göyçay MRX-sı cinayət əməllərinin üstünü ört basdır etmək üçün bizə heç bir sənəd vermədilər.Cinayət əməllərinin üstünü ört basdır etdirmək üçün isə xəstəni Bakıda yerləşən 2 saylı Psixitriya Klinikasına aparılması üçün göndəriş verdilər.Oranın Sevda adlı baş həkimi isə 2 ay 7 gün stasionar müalicə etdi heç bir xeyri olmadı.Bizdən isə buna görə 1200 manat istədi 800 manat verdik 400 manat pul çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini girov saxladı.İndi isə Sevda həkim deyir ki, mən onlardan pul almamışam şəxsiyyət vəsiqəsini girov saxlamamışam. Bizim 800 manat pulu Sevda həkimə verməyimizi görən 4 nəfər şahid və hər şeydən uca Allah var.Sevda həkim jurnalistlərə deyib ki, Əhmədova Aygün anadan gəlmə psixi xəstədir.Bu yalandır bizim qızımızın heç bir psixi pozuntusu, xəstəliyi yoxdur.O orta məktəbi fərqlənmə ilə bitirib, kolxozda işləyib. Sadəcə olaraq Göyçay MRX-nın baş həkimi Famil Zeynalovla əlbir olan Sevda həkim razılaşdırılmış şəkildə belə bir yalan açıqlama verib cinayətin üstünü ört basdır edirlər.Cinayətkar bunlar özləridir və bunların cinayətinin üstünü ört basdır edən Göyçay Rayon prokurorluğunu Ramiz adlı köməkçisidir ki, artıq bu faktları özləri jurnalistlərə öz ziddiyətli çıxışları ilə söyləyiblər.Biz artıq bu cinayət faktları barədə başda Prezident cənab İlham Əliyev olmaqla, Mehriban xanıma, Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova, Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə , Səhiyyə Naziri cənab Oktay Şirəliyevə , Millət Vəkillərinə,Ombudsmana və sairə orqanlara şikayət ərizələri ilə müraciət etmişik.Göyçay rayon prokurorunun köməkçisi deyir ki, mən bu şikayəti araşdırmamışam, polis təhqiqatçısı deyir ki, ekspertiza təyin edildi ittihamlar əsassız oldu və cinayət işi başlanılmadı, Vladimir həkim isə bildirir ki, ekspertiza keçirilməyib, prokurorun Ramiz adlı köməkçisi barəsində şikayət olunan həkimləri otağına çağırdı və təhqiqatçıya dedi ki, cinayət işi başlanılmasın.Diqqət edin yalanlarının üstünü özləri açır.Bunlar cinayətkardılar. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə , Mehriban xanıma , cənab Fuad Ələsgərova, cənab Eldar Mahmudova, cənab Zakir Qaralova, cənab Kamran Əliyevə , cənab Ramil Usubova, cənab Oktay Şirəliyevə, Millət Vəkillərinə , Ombudsmana və digər orqan rəhbərlərinə müraciət edib xahiş edirik bu cinayət faktını tam, hərətəfli və obyektiv araşdırıb cinayət törətmiş vəzifəli şəxslər barəsində qanunu tədbirlər görəsiniz. Artıq özləri öz yalanlarının üstünü açdılar. Xahiş edirik bizə kömək edin. Xatırladaq ki, təxminən 2013-cü ilin noyabr ayı tarixində qızımız xəstələndi deyə Göyçay Mərkəzi Rayon Xəstəxanasında Vladimir həkim müayinə etdi və iki iynə yazdı.Həmin iynələr vurulandan sonra bərk pristupu tutdu deyə bizə demədən Rövşən adlı həkim cərrahiyə əməliyyatı etdi.Hansı xəstəliyə görə 7 saat 30 dəqiqə cərrahiyə əməliyatı edilməsi barədə bizə heç bir məlumat verilmədi.Həmin gündən qızımız sağalmaz tam hərəkətsiz şəkildə yataq xəstəsi olmuşdur. 17 dekabr 2014-cü il tarixdə xəstəni Bakı şəhərinə 2 saylı Klinikada stasionar qaydada müalicə etsələrdə heç bir irəlləyiş olmadı.Orada da Sevda adlı həkim 800 manat pulumuzu aldı.Hətda dediyi 1200 manat puldan 400 manat çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini qaytarmadı, girov saxladı".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt