Əsas Səhifə > Hadisə, Manşet > Ağcabədinin icra başçısının qəribə önləmə metodu...

Ağcabədinin icra başçısının qəribə önləmə metodu...


4-05-2015, 10:28
Ağcabədinin icra başçısının qəribə önləmə metodu...
Ağcabədinin icra başçısı Avşar kənd sakinlərinin torpaqlarını “işğal” edib.

Şahin Məmmədov heyvandarlıqla məşğul olan kəndlilərin ərazilərini qanunsuz şəkildə əlindən alıb. TİA.AZ-ın məlumatına görə, YAP-ın üzvü olan bir qrup sahibkar bu məsələ ilə bağlı şikayət edib.

Xəbərdə deyilir ki, icra başçısı rayon polisinin gücü ilə sahibkarları torpaqlardan uzaqlaşdırıb. Torpaqsız qalan kəndlilər ölkə başçısın müraciət ediblər. Ş.Məmmədovun bu zorakı addımı yuxarı dairələrin diqqətinə çatdırııb. İcra başçısının Ağcabədinin viran qoyduğu, öz mənfəəti üçün çalışdığı və rayonda heç bir iş görmədiyi də bildirilir.
Rayon rəhbəri sakinlərin şikayətini dinləmir, onları qəbul etmir, başçı haqda Bakıya göndərilən şikayət məktublarının əksəriyyəti isə rayon poçt idarəsindən qəhətə çıxır. Torpağı “işğal” olunan sakinlər problemin həlli üçün prezident İlham Əliyevdən kömək istəyir.

Geri qayıt