Əsas Səhifə > Hadisə, Manşet > Vəliyev qardaşları Avropa Oyunlarına görə ciddi xərcə düşəcəklər

Vəliyev qardaşları Avropa Oyunlarına görə ciddi xərcə düşəcəklər


11-03-2015, 10:48
Vəliyev qardaşları Avropa Oyunlarına görə ciddi xərcə düşəcəklər
DİA.AZ: - Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin iki nazirlə nifaqda olması bir faktdır. Bu barədə dəfələrlə yerli KİV-lərdə informasiyalar yayılıb. Məsələn, bildirilir ki, Elmar Vəliyev Daxili İşlər Naziri Ramil Usubovun Gəncə şəhərindəki təyinatlarına belə müdaxilə edir.

Eyni zamanda təhsil naziri Mikayıl Cabbarovla da münaqişədə olan Gəncə ŞİH başçısı ölkənin ikinci ən böyük şəhərinin təhsil sektorunda da istədiyi kadrları yerləşdirməkdədir.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, belə bir hakimi-mütləqlik fonunda təbii olaraq hər iki nazir başçı ilə haqq-hesab çürütmələri üçün fürsət gözləməkdədirlər.

Mənbənin iddialarına görə, artıq belə bir fürsət ələ düşüb. Dia.az-a bildirilənlər:

«Bu günlərdə Azərbaycanda keçirilməsi planlaşdırılan Bakı Avropa Oyunlarına tədarüklə bağlı hökumətin müzakirələri zamanı Gəncə şəhərinə qoyulan «plan-öhdəlik» məhz iki nazirin təşəbbüsü ilə astronomik həddə çatdırılıb».

Məlumatlı mənbə iddia edir ki, bu da Elmar Vəliyevin durumunu çətinləşdirib: «Vəliyev qardaşları bu gün olduqca böyük maddi resurslara malikdirlər. Amma indii xərcləmə zamanı gəlib. Və məhz Elmar Vəliyevlə ədavətdə olan nazirlərin təhriki ilə bu günlərdə onların böyük xərci çıxacaq».

Bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt