Əsas Səhifə > Hadisə, Manşet > Hakimiyyət parlament seçkiləri ərəfəsi yeni siyasi dönəmin start düyməsini basmağa hazırlaşır

Hakimiyyət parlament seçkiləri ərəfəsi yeni siyasi dönəmin start düyməsini basmağa hazırlaşır


2-03-2015, 10:31
Hakimiyyət parlament seçkiləri ərəfəsi yeni siyasi dönəmin start düyməsini basmağa hazırlaşır
DİA.AZ: - «Hakimiyyət parlament seçkiləri ərəfəsi yeni dəyişikliklərdə maraqlıdır. Sadəcə olaraq, bu proses tədricən yürüdüləcək. Burada həm «yuxarılarda» və həm də «aşağılarda» kadr islahatlarının aparılması prioritet xətt kimi nəzərdə tutulub. Söhbət həm də icra başçılarının seçkiqabağı ələmə prosesindən gedir». Bunu DİA.AZ-a söyləyən hakimiyyət içindəki məlumatlı mənbə iddia edir ki, rəsmi Bakı parlament seçkilərit ərəfəsində yeni dönəmə uyğun olaraq bəzi «mahiyyət dəyişikliyinə» qərar verib.

Mənbənin dia.az-a söylədikləri: «Məlumdur ki, rayonlar üzərində qeyri-rəsmi də olsa bir kuratorluq sistemi var. Və bu seçki ərəfəsində rayonlardan bəzilərinin kuratorluqları dəyişdiriləcək. Eyni zamanda gözləniləndir ki, yeni kuratorlar meydana çıxsın».

Məsələn, Gəncə və Sumqayıt şəhərlərinin, habelə Ağsu, Gədəbəy, Astara, Şəki və daha bir neçə rayonların kuratorlarının dəyişdirilə biləcəyini söyləyən mənbənin iddialarına görə, hakimiyyət daha mobil və çevik bir qrupla əyalət rayonlarının idarəçiliyini təmin etməkdə maraqlıdır: «Təbii ki, oliqarx-məmurların gücündən əyalətlərin inkişafında istifadə olunması da başlıca xəttdir. Və bu da o deməkdir ki, həm də qeyd olunan rayonların da rəhbərləri dəyişdiriləcək. Sadəcə olaraq bunun üçün müəyyən dönəmi adlamaq lazımdır».

Geri qayıt