Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəyin icra başçısı da bahalaşmaya özünəməxsus şəkildə töhfə vermiş oldu

Gədəbəyin icra başçısı da bahalaşmaya özünəməxsus şəkildə töhfə vermiş oldu


27-02-2015, 11:30
Gədəbəyin icra başçısı da bahalaşmaya özünəməxsus şəkildə töhfə vermiş oldu
DİA.AZ: - Gədəbəyin icra başçısı Ramiz Yediyarovla bağlı maraqlı informasiya yayılıb. Belə ki, rayondakı qaynaqlar DİA.AZ-a Gədəbəy RİH rəhbərinin son günlər manatın məzənnəsinin düşməsi səbəbindən yaranmış situasiyaya öz töhfəsini verdiyini bildirirlər. Amma maraqlı formada…

Rayon sakinləri bu barədə dia.az-a yazırlar: «Dünəndən etibarən Gədəbəyin rayon mərkəzində fəaliyyət göstərən bütün mağaza və dükanlar, habelə kafe və ticarət obyektləri rəhbərlərinə icra başçısının adından təlimat çatdırılıb.

Məqsəd heç də qiymətlərin qaldırılmasına təşəbbüslərin qarşısının alınmasına hesablanmayıb».

Rayon sakinləri bildirir ki, Ramiz Yediyarovun adamları sahibkarlara «krizislə əlaqədar başçıya verilən aylıq haqqın miqdarı artırılıb» xəbərini veriblər. Təxminən 20 faizlik artımın olduğunu deyən mənbə bildirir ki, icra başçısının aylıq haqqı artırma təşəbbüsləri sahibkarlarda narazılıq yaradıb:

«Özləri qiymətləri artırmağa imkan vermirlər. Amma indii aylığı artırıblar».

Onu da bildirək ki, sahibkarlar redaksiyamızın əməkdaşlarını rayona dəvət ediblər. Və yaxın günlərdə Gədəbəydəki durumla bağlı geniş reportajı diqqətinizə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt