Əsas Səhifə > Hadisə, Manşet > Cəbhə xəttindəki son gərginliklər ermənilərə nəyi vəd edir? - Artıq tərəflər ağır silahlara keçid edib

Cəbhə xəttindəki son gərginliklər ermənilərə nəyi vəd edir? - Artıq tərəflər ağır silahlara keçid edib


6-02-2015, 10:25
Cəbhə xəttindəki son gərginliklər ermənilərə nəyi vəd edir? - Artıq tərəflər ağır silahlara keçid edib
DİA.AZ: - Son zamanlar cəbhə xəttindəki gərginlik diqqətdən yayınmır. Sanki genişmiqyaslı hərbi əməliyyatlara tədarük hiss olunur. Bu aşkardır. Artıq cəbhə xəttində tərəflərin bir-birilərinə qarşı istifadə etdikləri silahların da çapı dəyişməkdə, böyüməkdədir. Bu həm də atəşkəs dövrünün pərakəndə xırda savaş ab-havasından BÖYÜK SAVAŞA keçidi əks etdirir.

Bununla bağlı DİA.AZ-a məlumat verən məlumatlı mənbələr bildirir ki, Bakıda keçirilməsi planlaşdırılan Avropa Yay Oyunları ərəfəsində düşmənin cəbhə xəttində gərginlik yaratması Azərbaycan dövlətinə olan etimada zərbənin vurulmasına da hesablana bilər:

«Amma bu realda belə deyil. Çünki Azərbaycanın müharibə şəraitində olduğu əvvəlindən bilinən faktdır. Yəni belə bir şəraitdə tədbirin təşkilatçıları belə bir mühüm yarışmanın Azərbaycanda keçirilməsinə ilk başdan maneçilik törədə bilərdilər. Həm də buna qədər də Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər keçirilib və «Avroviziya» yarışmasına Bakının ev sahibliyi etməsi heç də kiçik hadisə deyildi və həmin zamanda da Azərbaycana on minlərlə qonaq gəlmişdi».

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, bütün bunlar BÖYÜK SAVAŞ tədarüküdür: «Və bu tədarükü Azərbaycan tərəfi görməkdədir. Ermənistan sadəcə olaraq, özünün təxribatçı əməlləri ilə rəsmi Bakıya özü də bilmədən əlavə imkanlar, manevr meydanı tanımaqdadır. Bu bir faktdır ki, əgər ermənilərin helikopteri cəbhə xəttinin Azərbaycana aid olan hissəsində görünməsəydi, vurulmayacaqdı.

Deməli, düşmən tərəfi fürsət verir. Və bu gün ermənilərin iriçaplı silahlarla mövqelərimizi atəşə tutması, dünən isə Tovuzun Əlibəyli kəndinin dinc sakinlərini 4 saat ərzində atəş altında saxlaması artıq Azərbaycanı cavab verməyə təhrikdən başqa bir anlam daşımır.

Əgər diqqət yetiribsinizsə, Azərbaycan tərəfi əvvəlki dönəmlərdən fərqli olaraq düşmənin bütün hücumlarına anoloji qaydada cavab dəst-xəttini nümayiş etdirir. Bu isə tərəflərin daha böyük hərbi əməliyyatlara cəlb olunması deməkdir».

Mənbəmiz dia.az-a açıqlamasında bildirir ki, bu proses 2015-ci ilin sonlarına qədər davam edəcək: «Azərbaycan məhz həmin ərəfədən artıq BÖYÜK SAVAŞ üçün qollarını çırmayacaq. Ermənilər indidən həmin prosesi sürətləndirirlər və düşmən tərəfi əslində rəsmi Bakının Qarabağın işğaldan azad edilməsi planında bir alət kimi istifadə olunmaqdadır».

Geri qayıt