Əsas Səhifə > Hadisə, Manşet > Barəsində ən çox narazılıq olan icra hakimiyyəti başçıları hansılardır

Barəsində ən çox narazılıq olan icra hakimiyyəti başçıları hansılardır


30-01-2015, 11:34
Barəsində ən çox narazılıq olan icra hakimiyyəti başçıları hansılardır
DİA.AZ: - Redaksiyamıza maraqlı bir siyahı daxil olub. Hökumətdəki mötəbər mənbə DİA.AZ-a bu gün barəsində ən çox şikayətlər edilən ilk 10 rayonun icra hakimiyyətinin başçılarının siyahısını təqdim edib.

Həmin siyahının maraqlı olacağını zənn edərək onu diqqətinizə təqdim edirik. DİA.AZ bildirir ki, siyahı dövlət qurumlarına edilən şikayətlərin statistikası əsasında tərtib olunub.

Beləliklə…

1. Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəəliyev;
2. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev;
3. Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev;
4. Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov;
5. Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov;
6. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev;
7. Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov;
8. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov;
9. Şaki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov;
10. Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov.

Dia.az-a daxil olan məlumatlarda o da qeyd olunur ki, bu rayon icra hakimiyyəti başçılarının sıralaması keçən il ərzində edilən şikayət xarakterli müraciətlərin sayı əsasında müəyyən olunub.

Geri qayıt