Əsas Səhifə > Hadisə, Manşet > Daha bir mühafizə xidməti öz işçilərinə fırıldaq gəlib - İşçilər maaşlarını ala bilmirlər

Daha bir mühafizə xidməti öz işçilərinə fırıldaq gəlib - İşçilər maaşlarını ala bilmirlər


21-01-2015, 10:43
Daha bir mühafizə xidməti öz işçilərinə fırıldaq gəlib - İşçilər maaşlarını ala bilmirlər
Qazaxda Azər MMC-nin mühafizə xidmətinin əməkdaşları işə qəbul üçün 2000 manat pul depozit qoyaraq çalışmağa başlayıbıar. Amma buna baxmayaraq 6 ayda onlar yalnız 2 ayın əmək haqqısını alıblar.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, dəfələrlə aidiyyatı qrumlara müraciət edən işçilərin bəziləri 3 ay, bəziləri isə 4 aydan artıqdır ki, işlədikləri işin müqabilində ailələrinə pul apara bilmirlər.

Gecə səhərədək mağazaların qarşısında mühafizə çəkən işçilər işə qəbul üçün 2000 manat depozitdən əlavə 500 manatda rüşvət verdiklərini və hələdə verdikləri pulu belə maaş qisimində ala bilmədiklərini deyib.

Məsələyə münasibət öyrənmək üçün MMC-nin Qazax filalının rəhbəri Elxan İsmayılov ilə əlaqə saxlamaq istədik. Onu yerində tapa bilmədiyimiz üçün cəmiyyətin inspektoru Qoşqar Dərziyev ilə əlaqə saxladıq. Qoşqar Dərziyev isə bildirb ki, indiyədək işlədiklərinin maaşını veriləcək.


Geri qayıt