Əsas Səhifə > Hadisə, Manşet > Ağstafanın icra başçısı rayonu «ailə podratı» üsulu ilə idarə etməyə hazırlaşır

Ağstafanın icra başçısı rayonu «ailə podratı» üsulu ilə idarə etməyə hazırlaşır


16-01-2015, 09:44
Ağstafanın icra başçısı rayonu «ailə podratı» üsulu ilə idarə etməyə hazırlaşır
DİA.AZ: - Redaksiyamıza müraciət edən Ağstafa rayon sakinləri icra başçısının qohumbazlıq siyasətindən, rayonda «ailə podratı» yaratma cəhdindən gileylənirlər.

DİA.AZ-a göndərilən müraciətdə bildirilir ki, Ağstafa RİH başçısı Məhərrəm Quliyev rayonun tikinti sektorunu Məlik adlı qohumuna həvalə edib: «Rayonda inşaatı anlayan yox idimi ki, icra başçısı bu sahəni yaxın qohumuna tapşırıb?».

Narazı vətəndaşların iddialarına görə, Ağstafanın icra başçısı eyni zamanda iki əmisi oğluna da yeni vəzifələr hazırlamaqdadır: «Həmin əmioğlular artıq rayonun bütün mədəni tədbirlərində də fəal iştirak edirlər. Onlar vəzifəyə hazırlanır. Başçı öz əmisi oğlanlarından birini icra hakimiyyətində şöbə müdiri postuna hazırlayır. Hazırda həmin şöbəyə Şaiq Qurbanov rəhbərlik edir».

İcra başçısının öz əyləncəsindən də qalmadığını iddia edən rayon sakinləri həm də DİA.AZ-a iki foto da yollayıblar və bu fotolarda başçının əmisi oğlunun onun həm də «sağ əli» olduğu açıq şəkildə sezilir.

Bu iddialarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Ağstafanın icra başçısı rayonu «ailə podratı» üsulu ilə idarə etməyə hazırlaşır
Ağstafanın icra başçısı rayonu «ailə podratı» üsulu ilə idarə etməyə hazırlaşır
Geri qayıt