Əsas Səhifə > Hadisə, Manşet > Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərində gərginlik varmı?

Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərində gərginlik varmı?


15-01-2015, 11:20
Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərində gərginlik varmı?
DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov arasında münasibətlər yenidən gərginləşib. Xatırladaq ki, xeyli müddət əvvəl də bu qəbildən olan informasiyalar dövriyyəyə buraxılırdı. Hətta belə bir təəssürat yaradılmışdı ki, Cavid Qurbanov onunla ədavətdə olan nazirlə yollaşa bilmədiyindən başqa bir vəzifəyə təyinat almağa da çalışır.

Son informasiyada isə qeyd olunurdu ki, Ziya Məmmədov “Azəryolservis”in nəzdində olan idarələrin bir hissəsini ləğv etmək istəyir. Məlumat üçün deyək ki, “Azəryolservis”in tərkibində 110-dan artıq idarə var.

Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərində gərginlik varmı?

Yayılan məlumata görə, Ziya Məmmədov neftin ucuzlaşmasına görə “yuxarılar”dan gələn “ixtisar tapşırığı”nın icrasına “Azəryolservis”dən başlamaq niyyətindədir: «Nazir qəsəbədaxili yolların çəkilməsini və təmirini bələdiyyələrin ixtiyarına verilməsi, həmçinin “Azəryolservis”dəki idarələrin bir çoxunun faktiki olaraq fəaliyyətsizliyini əsas gətirərək ilk olaraq həmin qurumların ləğvini istəyir. Lakin məsələ burasındadı ki, bu idarələrin əksəriyyətində Cavid Qurbanova yaxın adamlar çalışır. Ona görə də Ziya Məmmədovun bu addımını Cavid Qurbanovun xoş qarşılamayacağı şübhəsizdir».

Bununla bağlı DİA.AZ-a maraqlı bir informasiya daxil olub. Bilgili qaynaqların verdiyi xəbərə görə, Cavid Qurbanovun əslində Ziya Məmmədovla münasibətləri qaydasında olsa da, NN şefi ilə «Azəryolservis» rəhbərinin arasını sərinlədən yetərincə məqamlar var ki, bunların da başında dayananı ŞÜBHƏDİR.

Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərində gərginlik varmı?

Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, Ziya Məmmədovun Cavid Qurbanovun onun vəzifəsinə göz dikməsindən şübhələndiyindən bu gün «Azəryolservis» rəhbərini özünə qarşı dayanan əks səngərdə görür: «Onlar arasındakı rəqabətdən hakimiyyət dəhlizlərində də danışılır. Əgər nazirin şübhələri doğrudursa, o zaman Cavid Qurbanovu həqiqətən də NN rəhbəri postuna şanslı namizəd hesab etmək olar».

Geri qayıt