Əsas Səhifə > Hadisə, Manşet > Narazı Astara sakinləri prezident İlham Əliyevə ilginc müraciətdə bulundular

Narazı Astara sakinləri prezident İlham Əliyevə ilginc müraciətdə bulundular


22-12-2014, 11:49
Narazı Astara sakinləri prezident İlham Əliyevə ilginc müraciətdə bulundular
DİA.AZ: - «Astara rayonu bu gün Azərbaycanın ən geridə qalmış rayonudur. Çünki səbəb bu rayona rəhbərlik edən şəxsin kimliyindədir. Əksər rayonların icra başçıları rayon üçün işlər görürlər. Amma bu gün Astara RİH rəhbəri Qəzənfər Ağayev rayonda bütün yaxşı işlər üçün ƏYLƏC rolunu oynamaqdadır». Bu sözlər DİA.AZ-a daxil olan şikayət məktubundandır.

Redaksiyamıza yazan narazı astaralılar bildirirlər ki, yerli sahibkarlar, həmçinin bu gün Rusiyada yaşayan imkanlı astaralılar rayonda hansısa işi görmək istəsə də, şəxsən Qəzənfər Ağayev bu yolda əsas BARYER kimi çıxış edir. Sakinlər dia.az-a yazırlar:

«Qəzənfər Ağayev imkanlı şəxslərə, yerli iş adamlarına açıq şəkildə bildirir ki, əgər kiminsə «artıq pulu» varsa, onunla iş görməli deyil, həmin pulu başçıya verməlidir.

Keçən günlərdə Rusiyadan iki astaralı imkanlı şəxs gəlmişdi. Adlarını çəkə bilmərik. Yazıqların rayondakı qohumlarını incidə bilərlər. Onlar Astarada tikiş fabriki qurmaq istəyirdilər və hətta Çindən müvafiq avadanlıqları satın almaq üçün müqavilə də hazır idi. Amma şəxsən Qəzənfər Ağayev bu işə manne oldu. Elə böyük pul istədi ki, Rusiyadan gələn həyerlilərimiz başlarını götürüb rayondan qaçdılar.

Halbuki heç olmasa, 40-50 nəfər həmin fabrikdə iş yeri tapacaqdı».

Sakinlər daha sonra dia.az vasitəsilə ölkə başçısına müraciət edirlər: «Cənab prezident. Biz Astara camaatı hər zaman Sizin yanınızda olmuşuq və bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcəyik. Amma bu gün Astaraya başçılıq edən Qəzənfər Ağayev bütün quruculuq işləri üçün «tormoz» rolunu oynayır və Sizdən xahişimiz də odur ki, Astaraya gələn il samballı, rayonu düşünən, rayon sakinlərinin qayğısını çəkəcək bir icra başçısı yollayın».

Yazı ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt