Əsas Səhifə > Hadisə, Manşet > Keçmiş kənd təsərrüfatı nazirinin həbs olunması gözləniləndir

Keçmiş kənd təsərrüfatı nazirinin həbs olunması gözləniləndir


11-12-2014, 10:40
Keçmiş kənd təsərrüfatı nazirinin həbs olunması gözləniləndir
DİA.AZ: - Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluq Kürdəmirdə aşkarlanan korrupsiya faktı ilə bağlı məlumat yaydı. Məlumatda deyilirdi ki, Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

DİA.AZ xatırladır ki, dünən elektron mediada bu barədə yayılan məlumatda Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyevin də adı hallanırdı.

Xatırladaq ki, Kürdəmir rayon icra başçısının birinci müavini Tacəddin Novruzov mətbuata açıqlmasında araşdırılan mənimsəmə faktının İ.Əliyevin icra başçısı işlədiyi dövrdə baş verdiyini və onun da təhqiqata cəlb olunduğunu bildirmişdi.

“İstər nazir, istərsə də icra başçısı işlədiyim dövrdə daim rüşvətxorluğa, korrupsiyaya qarşı kəskin mübarizə aparmışam. Bu baxımdan mənim adımın korrupsiya olayında hallandırılması əsassızdır”. Bu sözləri isə açıqlamasında sabiq Kənd Təsərrüfatı naziri İrşad Əliyev mətbuatda həbs olunması və istintaqa cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən belə deyib.

O, bildirib ki, onu istintaqa çağırmayıblar: “İddia olunur ki, guya Kürdəmir rayonu ərazisində keyfiyyətsiz torpaq çəkilişi ilə əlaqədar iş açılıb və mən də istintaqda dindirilmişəm. Bu informasiya əsassızdır. Hətta ona da inanmıram ki, vaxtilə mənim rəhbərliyim altında çalışanlar belə bir işə qol qoysunlar. Əlbəttə, kimin təqsiri və günahı varsa, cəzasını alacaq”.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində keçmiş nazir İrşad Əliyevin adı bəlli cinayət işində hallndırılır və onun yaxın günlərdə istintaqa çağrılması da gözləniləndir.

Bu barədə danışan mənbənin söylədikləri: “İrşad Əliyev yaxasını kənara çəkməyə çalışır. Amma yeyinti pnun dpvründə və onun rəhbərliyi altında olub. Və yeyilən milyonlara görə cavab verməli şəxslərdən biri odur. Çünki həbs olunanlar enində-sonunda sabiq nazirin adını istintaqa verəcəklər və yaxud da artıq veriblər”.

Geri qayıt