Əsas Səhifə > Hadisə, Manşet > Xızının icra başçısı mədəni tədbirlərdən niyə uzaq qaçır?

Xızının icra başçısı mədəni tədbirlərdən niyə uzaq qaçır?


5-12-2014, 11:55
Xızının icra başçısı mədəni tədbirlərdən niyə uzaq qaçır?
Bir neçə gün öncə Elmlər Akademiyasının təşkilatçılığı ilə Xızıdakı Heydər Əlyev Mərkəzndə görkəmli dramaturq, nasir, şair kinossenarist Cəfər Cabbarlının xatirə günü keçirilib. Tədbirdə Bakıdan qonaq gəlmiş tanınmış elm və incəsənət xadimləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar milli lider Heydər Əliyevin və Cəfər Cabbarlının abidələrini ziyarət edərək tər çiçək dəstələri qoyublar.

Tədbir iştirakçılarını rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Arzu Əzizov salamlayaraq Xızı rayon icra hakimiyyətinin başçısı çox hörmətli Xəzər Aslanovun sıcaq təbriklərini çatdırıb. Başçının görkəmli dramaturqun xatirəsinə həsr olunmuş bu tədbirə hədsiz dərəcədə qatılmaq istəyindən, lakin mühüm görüşlər keçirməsi ilə əlaqədar rayonu tərk etməsindən danışıb. Qeyd edək ki, xatirə tədbirinin keçirilməsində tanınmış ədəbiyyatşünas, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, institut həmkarlar ittifaqı komitəsinin sədri professor Asif Rüstəmlinin böyük zəhməti var. Tədbirə qatılanlar arasında şair Oqtay Rza, sənətşünas Abasqulu Nəcəfzadə, xalq artistlərindən Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov, aktrisa Məleykə Əsədova, Hacı İsmayılov və adını çəkə bilmədiyimiz digər tanınmış elm və sənət xadimləri olub. Eyni zamanda tədbirin ərzəyə gəlməsində Xızının tanınmış ziyalılarından "Bərmək" cəmiyyətinin sədri Adil Sadıqovun,Sumqayıtdakı 11 saylı tam orta məktəbin direktoru, "Şöhrət" ordenli əməkdar müəllim Ofelya Babayevanın zəhmətini qeyd etmək olar. Cəfər Cabbarlının xatirə tədbiri ilə bağlı suallarımızı cavablandıran nəvəsi Bəhlul Abbasov razılıqla bildirdi ki, artıq böyük dramaturqun xatirə tədbirlərini hər il keçirmək barədə razılığı gəlinib. 2 saata yaxın davam edən tədbir Cəfər Cabbarlının yaradıcılığına həs olunmuş bədii hissə ilə yekunlaşıb. Sonda Cəfər Cabbarlı mükafatının builki qalibləri təltif olunublar.

Xızıda Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Nəbi Xəzri kimi görkəmli ədəbi simaların xatirəsinə həsr olunmuş tədbirləin keçirilməsi artıq bir ənənəyə çevrilib. Rayonun əvvəlki icra başçıları istisnasız olaraq belə tədbirlərdə iştirak etməklə əhəmiyyətini artırıblar. Lakin son 3 il ərzində Xızıda keçirilən xatirə gecələrində hazırkı icra haşçısı Xəzər Aslanov bir dəfə də olsun iştirak etməyib. Bu məqam icra başçısının məsələyə yetərincə əhəmiyyət verməməsi anlamına gəlmirmi? Müşahidəçilərin fikrincə, şəxsi biznesinin qayğıları Xəzər Aslanovun bir sıra mühüm tədbirlərdə iştirakı ixtisara salmağa başqa sözlə desək "veto" qoymağa vadar edir. Əlbəttə, bu onun müstəsna hüququdur. Lakin unutmayaq ki, bu fakt başçının ədəbiyyatımız və mədəniyyətimiz barədə kifayət qədər məlumatı olmaması ilə əlaqələndirilir. Bizə elə gəlir ki, bu cür tədbirlərdə iştirak etmək bir sıra məlumatsız məmurların maariflənməsində ciddi rol oynaya bilərdi. Hər halda düşünürük ki, rayon ictimaiyyəti Xəzər Aslanovun maraq dairəsinə daxil edilən tədbirlər barədə daha məlumatlıdır. Restoran və turizm obyektindən danışmırıq e...
\\ gundelik-baku.com \\
Geri qayıt