Əsas Səhifə > Hadisə > “QOROTDEL”DƏ TƏMİZLƏMƏ ƏMƏLİYYATI

“QOROTDEL”DƏ TƏMİZLƏMƏ ƏMƏLİYYATI


14-05-2012, 15:59
“QOROTDEL”DƏ TƏMİZLƏMƏ ƏMƏLİYYATI

POLİSDƏ KADR İSLAHATI APARILDI
Bakı şəhər Baş Polis İdarəsinin iki yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis polkovniki İlqar Əzimov və həmin idarənin şöbə rəisi Asim Abdullayev tutduqları vəzifədən azad olunublar.

APA-nın əldə etdiyi xəbərə görə, polis zabitlərinin işdən çıxarılmaları xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlarla əlaqəlidir.

Geri qayıt