Əsas Səhifə > Hadisə, Manşet > Oğuz rayonunda bələdiyyə seçkiləri artıq başa çatmış hesab oluna bilər

Oğuz rayonunda bələdiyyə seçkiləri artıq başa çatmış hesab oluna bilər


1-12-2014, 14:03
Oğuz rayonunda bələdiyyə seçkiləri artıq başa çatmış hesab oluna bilər
DİA.AZ: - Artıq bələdiyyə seçkilərinə 23 günlük qısa bir müddət qalıb. Və bir çox yerlərdə bu seçkilərə ciddi hazırlıq işləri həyata keçirilməkdədir. Amma nöqsanlar da yetərincədir.

Məsələn, DİA.AZ-a müraciət edən bir qrup Oğuz rayon sakini iddia edir ki, onların rayonunda seçki əhval-ruhiyyəsi hiss olunmur və ümumiyyətlə, bələdiyyə seçkilərinin keçirilməsi ictimai maraq əhəmiyyətində hesab olunmur:

«Çünki bizdə hər şey əvvəlcədən bəllidir. İcra başçısı Eyvaz Qurbanov bu gün bələdiyyəyələrə kimin təyin ediləcəyini (seçiləcəyini yox…) şəxsən müəyyən etdiyindən kimsə bu eçkiyə maraq göstərmir.

Hətta müstəqil qaydada namizədliyini irəli sürənlərə də təzyiqlər edirlər ki, geri götürsünlər. Çünki icra başçısı belə istəyir».

Narazı vətəndaşlar dia.az-a müraciətlərində maraqlı faktları da açıqladılar: «Bəri başdan seçkilərə qatılan və adları başçının siyahısında olanlardan 500-2000 manatdan pul yığılıb. Yəni pul verən kimlərdisə, onlar da «qalib» gələcəklər».

İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt