Əsas Səhifə > Hadisə, Manşet > Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Prezidentdən kömək istəyir

Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Prezidentdən kömək istəyir


7-11-2014, 11:08
Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Prezidentdən kömək istəyir
Qarabağ müharibəsi veteranı, Xüsusi Döblət Mühafizə Xidmətinin ehtiyatda olan polkovnik-leytenantı Orucov Alı Oruc oğlu Prezident İlham Əliyevə müraciət edib. "Təzadlar"a şikayət məktubu göndərən A.Orucovu redaksiyamıza dəvət etdik. Aşağıda onun video müsahibəsini təqdim edirik (Daha geniş yazı hazırda çapa hazırlanır).
Qısaca olaraq onu qeyd edək ki, A.Orucov 2 uşaq atasıdır, 25 il Xüsusi Dövlət Mühafizə Xidmətində qulluq keçib, Qarabağ müharibəsi veteranıdır. Onu Prezidentə şikayətə Sabunçu RİH rəhbərliyi, 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin hakiminin qanunsuz hərəkəti və Sabunçu Bələdiyyəsinin sədridir. Məsələ ondadır ki, A.Orucov ona məxsus, Bakı şəhəri Bağlar İdarəsi tərəfindən 2005-ci ildə müvafiq qərarla ona verilmiş bağ sahəsindən məhrum edilib. Çünki yuxarıdakı adı çəkilən məmurlar həmin torpaq sahəsini Rüstəmov Ceyhun Kamal oğlu tərəfindən zəbt edilmiş, sonuncunun Asif adlı nümayəndəsi A.Orucova telefonda dəfələrlə bildirmişdir ki, "Biz bu yeri Sabunçu RİH-inə pul verib almışıq, bizdən nə istəyirsən???".
Ən vacibi, Ceyhun Rüstəmov müvafiq sənədə malik olmaq üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, hakim isə heç bir asas olmadan həmin bağ sahəsinin ona məxsus olması barədə qanunsuz qərar çıxarmışdır. Halbuki həmin bağ sahəsi mübahisə predmeti olmamış, Bakı şəhər Bağlar İdarəsinin balansında olmuşdur. Nə bələdiyyə torpağı olmuşdur, nə də hansısa vətəndaşa məxsus olmuşdur... Əksinə, Azərbaycan DƏK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.11.2014-cü il tarixli, A.Orucovun Bakı Bağlar İdarəsi ilə bağladığı 11.02. 2005-ci il tarixli icarə müqafiləsi, torpaqdan istifadıyı görə vergi ödənişi barədə qəbzlər, həmçinin digər daşdan keçən sənədlər məhkəmənin başdansovdu və məsuliyyətsiz qərar çıxarmasını təsdiqləyir.


Narazı vətəndaşın videomüraciəti ilə tanış olun:


Geri qayıt