Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümov Ənvər Seyidəliyevi gözlənilən dəyişikliklər dalğasından qurtara bilməyəcək

Səlim Müslümov Ənvər Seyidəliyevi gözlənilən dəyişikliklər dalğasından qurtara bilməyəcək


13-10-2014, 11:26
Səlim Müslümov Ənvər Seyidəliyevi gözlənilən dəyişikliklər dalğasından qurtara bilməyəcək
DİA.AZ: - Keçən həftə həm də çoxdandır yola salınacağı anons edilən Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysovun görəvdən alınması ilə yadda qaldı. Bildirək ki, iqtidara aid bir çox dairələrdə özünə qarşı qıcıq yaratmağa müvəffəq olmuş Nazim Veysov da Vergilər Naziri Fazil Məmmədova yaxın birisi idi, onu Şəmkir RİH başçısı postunda əvəzləyən Alimpaşa Məmmədov da.

«Dəyişikliklər bununla bitməyəcək» deyən nazirlər kabinetindəki mötəbər mənbə DİA.AZ-a verdiyi məlumatında vurğulayır ki, artıq iki rayonun icra hakimiyyətinin başçısının fəaliyyəti təftişə götürülüb: «Onlardan biri Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumu olan Ənvər Seyidəliyevlə bağlı da iqtidar cinahında birmənalı mövqe mövcud deyil. Yəni Nazim Veysovla bağlı yaranmış situasiyanın anoloqunu da elə Seyidəliyev yaşamaqdadır. Buradan da yola çıxsaq, deyə bilərik ki, Ağsuda gözlənilən icra başçısı dəyişikliyinə Səlim Müslümov hansısa formada təsir göstərə bilməyəcək».

Onu da bildirək ki, redaksiyamıza hansı rayonun rəhbərinin 2015-ci il parlament seçkilərinə qədər vəzifəsindən azad ediləcəyi haqda yetərincə informasiyalar daxil olub. Bu məlumatları cəmləşdirərək, geniş araşdırma yazısı hazırlayırıq. Diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt