Əsas Səhifə > Hadisə, Manşet > Qazax rayonunda fırıldaqçı "telekanal əməkdaşı" peyda olub

Qazax rayonunda fırıldaqçı "telekanal əməkdaşı" peyda olub


26-09-2014, 11:49
Qazax rayonunda fırıldaqçı "telekanal əməkdaşı" peyda olub
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusibovun verdiyi məlumata görə bir müddət əvvəl Qazax rayonunda “ezamiyyətdə” olan və özünü Ziyad TV-nin əməkdaşı kimi təqdim edən Hacıbalayev İlqar Fəlakət oğlu Ürkməzli kənd sakinləri Quliyev Nurlan Arzu oğlu və Məmmədov Pərviz Sadiq oğlunun hər birindən 3000 manat pul alaraq onları hərbi hissələrdən birinə gizir düzəldəcəyinə söz verib. Ancaq xeyli vaxt ötsə də gənclər işə düzəlməyib və TV-nin işçisinin telefonu söbdürülüb. Hər iki gəncin ailəsi Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Əvvəlcə işi RPŞ-nin müstəntiqi Vüsal Məmmədov araşdırıb. Hər iki gəncin evinə gələrək izahatlar alınıb, şahidlər müəyyən edilib. Sonradan işi aparmaq baş müstəntiq Kazım Poladova həvalə olunub. Hər iki gəncin valideynləri yazaraq bildirirlər ki, araşdırma zamanı “TV”əməkdaşının Almaniyada çalışan qardaşı peyda olaraq baş müstəntiq Kazım Poladovla görüşərək məsələni “yoluna qoydu”. Biz hər dəfə baş müstəntiqə müraciət edəndə bildirir ki, darıxmayın Hacıbalayev İlqarı axtarırıq. Müxbirimiz məsələ ilə bağlı RPŞ-nin növbətçisi mayorla telefon əlaqəsi saxlayıb. Növbətçi zərərçəkənlərin yaşadığı ərazinin sahə müvəkkili ilə əlaqə saxlamağı məsləhət bildi. Əraziyə məsul olan mayor Əliyev əvvəlcə məsələdən xəbərdar olduğunu bildirsə də, sonradan məsələni araşdırmaq üçün müəyyən vaxt istədi. Yenidən onunla əlaqə saxalayanda mayor Əliyev bildirdi ki, işin gedişatından xəbərim yoxdur.

P.S. Bölgə müxbirimiz bizimlə söhbətində onu da bildirdi ki, “TV əməkdaşı” Qazaxda bir neçə vəizfəli şəxsdən də pul alıb.

Geri qayıt