Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Mikayıl Cabbaorv bunları bilirmi? - Sumqayıt orta məktəblərində biabırçı durum narazılığa nədən olub

Mikayıl Cabbaorv bunları bilirmi? - Sumqayıt orta məktəblərində biabırçı durum narazılığa nədən olub


20-09-2014, 14:36
Mikayıl Cabbaorv bunları bilirmi? - Sumqayıt orta məktəblərində biabırçı durum narazılığa nədən olub
DİA.AZ: - Sumqayitda İsmət Qayıbov adına 1 sayli orta məktəbdə uşaqlar üçün hələ də İdman zalı yoxdur. Bu braədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Sumqayıt sakinləri DİA.AZ-a bildirirlər ki, bu gün ölkəmizdə günü gündən yaraşıqlı və standartlara cavab verən məktəblər inşa edildiyi halda, bu məktəb 2 mərtəbəli və çox darısqaldır. Lakin buna baxmayaraq məktəb direktoru Fəyaz müəllim 1 sinifə 35-40 uşaq yığır:

“Hazırda isə məktəbdə 1800 şagird "təhsil" alir. 4-cü sinif Rus bölməsində 38-40 şagird var. Hər bir uşağa 1 dəqiqə belə vaxt düşür. Bu 1 dəqiqədə müəllimə uşaqlara nəyi tədris edərək, uşaqlara öyrədə biləcək? Məktəbdə vaxtı ilə Lətifə müəllimə direktor işləyirdi ki, onu da məlum yaş məhdudiyyətinə görə işdən azad etdilər.

Onun vaxtında məktəbdə müəllimələr belə ciddi nizam intizama riayyət etmək məcburiyyətində idilər. Şagirdlər isə bu müllimədən çox çəkinirdilər. Bu səbəbdən də tədris yüksək keyfiyyətdə idi. Hazırda isə yuxarı sinif şagirdləri məktəbin ayaqyolusunu "kurilkaya" çeviriblər. Məktəb direktoru Fəyaz müəllim isə müəllimələrə və şagirdlərə hğkumranlıq etmək iqtidarında deyil.

Bu gün rayon və kənd məktəbləri daha çox standartlara cavab verir, nəinki, bu məktəb. Bir sözlə, bu məktəb öz istismar müddətini başa vursa da, övladlarının taleyini sözügedən məktəbə etibar edən valideyinlər də öz uşaqlarının gələcəyini burada "başa" vururlar”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt