Əsas Səhifə > Hadisə, Manşet > Fazil Məmmədov orta səviyyəli sahibkarların qorxulu röyasına çevrilib

Fazil Məmmədov orta səviyyəli sahibkarların qorxulu röyasına çevrilib


19-09-2014, 11:44
Fazil Məmmədov orta səviyyəli sahibkarların qorxulu röyasına çevrilib
DİA.AZ: - Vergilər Nazirliyi orta sahibkarların kabusuna çevrilib. Bu barədə DİA.AZ-a danışan iş adamlarından biri bildirdi ki, başında Fazil Məmmədovun dayandığı nazirlik ilin sonunun yaxınlaşması səbəbindən demək olar ki, öütün şirkətlərdən pultoplama kampaniyasına başlayıb.

Narazı sahibkarın sözlərinə görə, vergilər nazirliyindən net şəkildə şirkətlərə ilin yekunları ilə əlaqədar haqq qoyulur: «Təbii ki, iş adamları da nazirliyin kəsdiyi «racona» əməl etmək zorundadır. İstənilən bir şirkəti ilişdirə bilərlər. Ona görə yox ki, vergi ödənilmir. Ona görə ki, qərəzli olsalar, hətta ən nümunəvi şirkətə belə «priçina» tapa bilərlər. Elə bu səbəbdən VN ekspertlərinin qanunsuz tələblərinə hər kəs boyun əyir, əvəzində sahibkarlar ziyan görür».

Dia.az-a açıqlamasında iş adamı həmçinin əməv və əhalinin sosial müdafiə nazirliyindən də şikayətləndi: «Səlim Müslümovun adamları da bir yandan üstümüzə düşüblər. İşçilərlə əmək müqavilələrindəki problemlər hər yerdə var. Hətta nazirliyin özündə də kimsə qanuni göstərilən maaşı almır. Bu hal da nazirliyin özünə şərait yaradır ki, sahibkarlara divan tutsunlar».

İlin sonunun onlar üçün ən ağır dönəm olduğunu bildirən sahibkar onu da əlavə etdi ki, bu günlərdə Milli Məclisin sahibkarlara təzyiqlər edən məmurlara qarşı cəzaların sərtləşdirəcəyi xəbəri onları sevindirib: «Allah dövlətimizi qorusun. Bizim ümidimiz prezidentdir. Yoxsa, bu xırda məmurlar kimisə iş görməyə qoymazlar. Milli Məclisin yeni qanununu səbirsizliklə gözləyirik».

Yazıda iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt