Əsas Səhifə > Hadisə, Manşet > Surət Hüseynov Azərbaycanın inşaat sektorunda necə payçıya çevrilib?

Surət Hüseynov Azərbaycanın inşaat sektorunda necə payçıya çevrilib?


18-09-2014, 10:33
Surət Hüseynov Azərbaycanın inşaat sektorunda necə payçıya çevrilib?
DİA.AZ: - Keçmiş baş nazir Surət Hüseynova köhnədən sahibi olduğu obyektlərinin geri qaytarıldığı ilə bağlı iddialar hələ xeyli əvvəldən səsələnsə də, sonradan təsdiqini tapmadı. Yəni deyilirdi ki, hətta sabiq səhra komandirinə bir zamanlar rəhbəri olduğu Yevlaxdakı Yun Zavodu da geri verilib.

Amma bu gün Surət Hüseynovun kifayət qədər təminatlı həyat sürdüyü da faktdır. Bu barədə redaksiyamıza daxil olan məlumatlardan anlaşılır. Məlumatlı mənbələrdən DİA.AZ-a verilən informasiyada qeyd olunur ki, sabiq baş nazir müxtəlif məmurların dəstəyilə hətta tikinti biznesində də təmsil olunur. Məsələn bu gün onun "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinin (ASC) müxtəlif layihələrində təmsilçilik haqqı əldə etdiyi də söylənilir.

Surət Hüseynov Azərbaycanın inşaat sektorunda necə payçıya çevrilib?

DİA.AZ-a daxil olan məlumatlara görə, Surət Hüseynov inşaat sektoruna "Azərkörpü" ASC-nin sədr müavini Manaf Şirinovun araçılığı ilə qatılıb: “Keçmiş baş nazirin Rusiyadan gətirtdiyi milyonlar bu gün Azərbaycanda inşaat sektorunda xırıd edilir”.

Mənbəmizin dia.az-a bildirdiyinə görə, Manaf Şirinovun Surət Hüseynovla birbaşa münasibətləri olmayıb: “Bu sonradan yaranan münasibətlərdir. Amma Şirinovun qardaşı əvvəlindən Surət Hüseynovun yaxın dostu və adamı kimi tanınıb”.

Geri qayıt