Əsas Səhifə > Hadisə, Manşet > Erməni prezident və bir neçə erməni məmur Qarabağa kef məqsədilə gəlibmiş

Erməni prezident və bir neçə erməni məmur Qarabağa kef məqsədilə gəlibmiş


1-09-2014, 11:49
Erməni prezident və bir neçə erməni məmur Qarabağa kef məqsədilə gəlibmiş
DİA.AZ: - Erməni prezident Sərkisyan bu arada kef-damağından da qalmır. Bu barədə elə Ermənistanın öz mətbuatı informasiya verir.

DİA.AZ-ın düşmən ölkənin KİV-lərinə istinadən verdiyi xəbərdən aydın olur ki, Serj Sərksiyan 31 avqust tarixində Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarına gəlib. Maraqlı orasıdır ki, rəsmi erməni mənbələri səfərlə bağlı dolğun bilgilər verməsə də, qeyri-rəsmi qaynaqlar maraqlı xəbərlər yaymaqdadır.

DİA.AZ xəbər verir ki, Sərkisyanın bu dəfə Qarabağa kef məqsədilə ayaq basdığı söylənilir. Belə ki, illərdir münasibətdə olduğu erməni məşuqələrindən biri ilə Qarabağa gələn Sərkisyanın bu səfərinin rəsmi qaynaqlar tərəfindən yetərincə işıqlandırılmaması da məhz erməni dövlət başçısının əyyaşlığı ilə bağlıdır.

Məlumatlarda deyilir ki, Sərkisyanla yanaşı, Ermənistan dövlətinin daha bir neçə siması da öz məşuqələri ilə Qarabağa istirahətə gəliblər və Azərbaycan torpaqlarının ən dilbər yerlərində olublar.

Geri qayıt