Əsas Səhifə > Hadisə, Manşet > Elşad İsgəndərovun nüfuz etdiyi Milli Tolerantlıq Mərkəzi ətrafında ilginc oyunlar

Elşad İsgəndərovun nüfuz etdiyi Milli Tolerantlıq Mərkəzi ətrafında ilginc oyunlar


26-08-2014, 10:53
Elşad İsgəndərovun nüfuz etdiyi Milli Tolerantlıq Mərkəzi ətrafında ilginc oyunlar
DİA.AZ: - Redaksiyamıza Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daxilində nüfuz savaşının getdiyi iddia olunan bir məlumat daxil olub. Qeyd edək ki, DİA.AZ-a anonim olaraq göndərilənməlumatda ilginc məqamlar da yetərincədir. Həmin yazını diqqətinizə təqdim edirik:

“DQİDİK sabiq sədri Elşad İsgəndərov komitətədə hələ də vəzifələrini qoruya bilən kadrları vasitəsi ilə dini sahəyə müdaxiləyə qayıdır. Elşad İsgəndərovun belə tələsməsinin səbəbi odur ki, Mübariz Qurbanlıda ona qarşı yaxşı imic oyatsın və dini sahədə onun iştirakına mane olmasın. Ehtimal da var ki, Elşad İsgəndərov ictimaiyyət arasında fikir formalaşdırmağa çalışır ki, “Mübariz Qurbanlı bu sahənin adamı deyil və yenə də mən bu səhədə həmişə olacam”.

Elşad İsgəndərovun nüfuz etdiyi Milli Tolerantlıq Mərkəzi ətrafında ilginc oyunlar

Elşad İsgəndərov “İslam Konfransı Gənclər” forumunda işinə geyi qayıtdı və DQİDK –nəzdində fəaliyət göstərən “Milli Tolerantlıq Mərkəzi”- sədri hələdə Elşad İsgəndərovun yaxın kadrı tərəfindən idarə edilir.

Elşad İsgəndərov DQİDK sədr təyin edildiyində, onu yönləndirən və komiyətə öz kadrlarını yerləşdirən, komitə daxilində sünni-şiə konfilikti yaradan, sünniləri şərləyib işdən uzaqlaşdıran, komiyətə iranpərəst radikal qüvvələri gətirən, radikal vahhabilərin lideri Əlixan Musayevi komitənin eksperti edən, Azərbyacanda inqilab etmək istəyən müxalifətə dindarları dəstək üçün cəlb edən və sonradan 10 il şərti azadlıqdan məhrum olan Zülfüqar Mikayılzadəni komitənin eksperti edən, 1990-cı ildən Azərbaycanda İmam Xomeyni Konsepsiyasını və eyni zamanda xalqın ancaq bu konsepsiyadan yapışmaqla xilas olacağını təbliğ edən, Azərbyacanda dindarlar arasında “Hizbullah sevdalısı” kimi tanınan Qütb jurnalının təsisçisi (http://www.qutb.org/teqvim.htm) Elçin Əsgərov olmuşdur. Elçin Əsgərov, Elşad İsgəndərovun yaxın dostudur.

Elşad İsgəndərovun nüfuz etdiyi Milli Tolerantlıq Mərkəzi ətrafında ilginc oyunlar

Gələk əsas məsələyə. Bir neçə gündür ki, Elçin Əsgərov (Elşad İsgəndərovla birgə qurduqları plan), Elşad İsgəndərovun təsis etdiyi “Milli Tolerant Mərkəzi” vasitəsi ilə Azərbaycanın şimal bölgələrində tolerantlıq mövzusunda toplantılar təşkil edir. Toplantılarda iştirak edən axundlardan öyrəndik ki, toplantılar çox zəif təşkil edilib və dini sahədə tanınmış şəxslər qatılmırlar. Aydın olub ki, əsas məsələ Elşad İsgəndərovun dini sahədə söz sahibi olması imicini formalaşdırmağa və bir də vahhabilərin maliyyəsi ilə qurulan İslam Konfransı Gənclər Forumundan bu toplantılar üçün külli miqdarda pul mənimsəmək niyyətidir.Toplantılara çox az maliyyə xərclənir qalan pullar isə Elşad İsgəndərovla, Elçin Əsgərov arasında bölüşdürülür.

Çünki Elşad İsgəndərov DQİDK uzaqlaşdırıldıdan sonra çox böyük maliyyə imkanlarından uzaq qalıb. Dini sahənin genişlənməsi üçün prezdnet tərəfindən ayrılan 5 milyon manatı mənimsədikdən sonra , 5 milyon manatın şirinliyini dadı damağında qalıb.

Bir versiyada var ki, Elşad İsgənədrov mənimsədiyi 5 milyon manatın hesabını bir gün verəcəyini bilir. Ona görə gec də olsa Elçin Əsgərova tapşırıb ki, toleranlıq barədə toplantıları çox təşkil etsin. Mənimsədikləri 5 milyonu siləndə həmin toplantıları da göstərəcəklər. Bu versiya əslində komitə daxilində gedən söz-söhbətdir.

Amma çox maraqlı bir məlumat sızması əlimizdədir. Elçin Əsgərovun “Milli Tolerantlıq Mərkəzi” –nin adı ilə təşkil etdikləri toplantıların davamı çox olacaq. Gələcəkdə Bakıda bütün dünyadan din xadimlərini dəvət edəcəklər. Möhtşəm konfranslar təşkil ediləcək. Konfranslarda tədricən Elşad İsgəndərovda qatılacaq və çıxışlar edəcək. Əsas məqsəd ictimaiyyət arasında və hakimiyyət daxilində imic formalaşdırmaqdır ki, giya dini sahəni ən yaxşı bilən Elşad İsgəndərovdur. Elşad İsgəndərov yenidən komitəyə bu yolla sədr gətirələcək. Yəni plan belədir.

Elşad İsgəndərovun kadrı, Elşad tərəfindən komitənin mətbuat xidmətinin rəhbəri təyin edilən Orxan Əli çox böyük səhf buraxıb. Bir ay əvvəl Elçin Əsgərovun ofisində Elşad İsgənədorvun kadrları ilə gizli toplantı təşkil edilib. Toplantıda qərar alınıb ki, Milli Tolerantlıq Mərkəzi vasitəsi ilə konfranslar təşkil ediləcək və tədricən Elşad İsgəndərovun adı önə çlxarılacaq. Toplantıda tapşırılıb ki, Elşad İsgənədrovun kadrları nəyin bahasına olursa olsun öz vəzifələrini bacardıqca qorusunlar. Gələcəkdə komitədə vəzifədə qalan kadrların yardımına çox ehtiyac olacaq. Həmin kadrlara tapşırılıb ki,çox diqqətlə imkan daxilində Mübariz Qurbanlı barədə məlumat toplanılsın, Mübariz Qurbanlının uğursuzluqları, buraxdığı səhvlər, görüşdüyü səxslər, şəxsi əlaqələri və sairə... Mübariz Qurbanlını vurmağ lazım olduğunda vurmaq üçün dəyərli məlumatlar toplanılsın”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Geri qayıt