Əsas Səhifə > Hadisə, Manşet > Artur Rəsizadəni kimin əvəz edəcəyi bəlli oldu

Artur Rəsizadəni kimin əvəz edəcəyi bəlli oldu


10-08-2014, 12:58
Artur Rəsizadəni kimin əvəz edəcəyi bəlli oldu
DİA.AZ: - Bir müddət əvvəl belə bir xəbər yayıldı ki, hakimiyyət bu ilin sonlarına doğru kardinal islahatlara gedəcək. Bu islahatlar çərçivəsində isə 5 nazirin, onlarla icra başçısının, hətta baş nazirin özünün belə görəvdən alınması gözlənilir. İslahatların tədrici xarakter daşıdığı iddia olunan informasiyada həmçinin qeyd olunurdu ki, Prezident Administrasiyasında da müşahidə olunacaq bu dəyişiklərdə əsas dava baş nazirlik uğrundadır.

Bu da öz növbəsində Artur Rəsizadəni kimin əvəz edəcəyi ilə bağlı sualları yenidən gündəmə daşıyıb.

Qeyd edək ki, son günlər hakimiyyət dəhlizlərində maraqlı bir olayın xəbəri dolaşmaqdadır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq informasiya verib. Mənbə iddia edir ki, İqtisadi İnkişaf Naziri Şahin Mustafayevin baş nazir postuna ən şanslı namizəd olması və bu ilin sonunda onun Artur Rəsizadənin yerinə təsdiq ediləcəyi bir çox çevrələrdə müzakirə olunmaqdadır.

Qeyd edək ki, Şahin Mustafayevin bacarıqlı iqtisadçı olması və onun yeni prezident komandasında yer alması da burada dəlil kimi göstərilir.

Mənbənin söylədikləri: «Doğrudur, bu vaxta qədər yerli mətbuatda müxtəlif adlar baş nazir postuna namizəd kimi hallandırılıb. Amma bu vəzifəyə Şahin Mustafayev təyin edilə bilər. Yəni bu gün iqtidara aid kuluarlarda belə bir söhbətlər dolaşır».

Onu da bildirək ki, Şahin Mustafayev heç bir iqtidardaxili qruplaşmaya aid olmamaqla yanaşı, onun prezidentə sədaqətli olduğu da söylənilir.

Geri qayıt