Əsas Səhifə > Hadisə, Manşet > Beynəlxalq Bankın sirli investoru kimdir?

Beynəlxalq Bankın sirli investoru kimdir?


24-07-2014, 12:04
Beynəlxalq Bankın sirli investoru kimdir?
DİA.AZ: - “Azərbaycan Beynəlxalq Bankı” (ABB) iyulun 22-də 200 mln manat məbləğində emissiyanın yerləşdirilməsini başa çatdırıb.

Səhmlər 12 dekabr 2013-cü ildən yerləşdirilmyə başlayıb. Bu ilin aprelində mövcud səhmdarlar paylarına uyğun səhm alışı hüququnu itirib. Ümumi məblği 5 338 661.12 manat olan 20 533 312 ədəd səhm satılmamış qalıb. Qiymətli kağızların yerləşdirilməsində bir neçə investor iiştirak edib. Dünən naməlum investor 4 938 530,74 manat məbləğində qalan səhmləri alıb. Səhmlər nominal qiymətinə yerləşdirilib.

Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ödənilmiş nizamnamə kapitalı 568,3 milyon manata çatıb. İyulun 1-i üçün ABB-nin aktivləri 8 milyard manat, məcmu kapitalı 1 milyard manat olub. I yarımildə bank 330,2 milyon manat gəlir, 29,7 milyon manat xalis mənfəət əldə edib.

2013-cü ilə qəbul edilən kapitallaşma strategiyasına əsasən, 2015-2017-ci illərdə hər il 100 milyon manat cəlb etmək istəyir.

Maraqlıdır ki, kapitallaşma artımı səhlərin bazar qiymətinin düşməsi şəraitində gedir: nominalı 26 qəpik olan səhmlər bazarda 15-16 qəpiyə təklif edilir.

Hökumət 2011-ci ildə ABB-də dövlətin 50,2% payının özəlləşməsi ideyasına qayıdıb. Beynəlxalq məsləhətçi seçilib. Amma bankın bazar qiymətinin dəyərləndirilməsi prosesi və potensial investorlarla danışıqların gedişi barədə məlumat verilmir.

Geri qayıt