Əsas Səhifə > Hadisə, Manşet > Qubanın icra başçısına qarşı yeyinti ittihamı

Qubanın icra başçısına qarşı yeyinti ittihamı


18-07-2014, 11:53
Qubanın icra başçısına qarşı yeyinti ittihamı
Mübariz Ağayev qeyri əkin sahələrinə subsidiya yardımı yazdıraraq bu il büdcədən 1,1 milyon manata yaxın, ötən il isə 800 min manatdan artıq vəsait silib.

Qubadan PİA.AZ verilən məlumata görə icra başçısı Mübariz Ağayev müavini, aqrar məsələlər şöbəsinin müdiri Nəsrulla Vəliyevin əli ilə rayonun kəndlərində vətəndaşların və bələdiyyə torpaqlarının adına saxta subsidiya yardımı yazdıraraq yazdıraraq dövlət büdcəsindən 1.1 milyon manata yaxın vəsiti mənimsəyib.

PİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, rayonun 9 kəndində (Alpan-918 ha, Birinci Nüğədi-1607 ha, Çiçi-485 ha, Xucbala-1674 ha, İkinci Nüğədi-1680 ha, Qonaqkənd-808 ha, Talabıqışlaq-1524 ha, Vəlvələ-3050 ha, Zərqava - 894 ha), kənd sakinlərinin və bələdiyyəf torpaqlarının adına yazdırılan subsidiya yardımlarn yarısından çoxu məhz icra başçısı ilə müavini tərəfindən saxtalaşdırılb.

Mənbə bildiririr ki, 9 kəndə yazdırılan 12640 hektar torpaq sahəsindən 8500 hektarı qeyri əkin sahəsidir və həmin ərazilərdə əkin aparmaq üçün heç bir şərait yoxdur. Buna baxmayaraq Mübariz Ağayev saxta sənədlər əsasında həmin torpaqları əkin sahələri olaraq sənədləşdirib və icra başçısı 8500 hektar torpaq sahəsinə görə ümumilikdə 1,1 milyon manata yaxın dövlət vəsaiti silib.

Bildirilir ki, Mübariz Ağayev saxta səndələrlə qeydiyyatdan keçirdiyi torpaq sahələrinin adına təkcə ayrılan 1400 tona yaxın azot gübrəsinin və digər mineralların satışından 350 min manata yaxın qazanc əldə etdiyi qeyd olunur.

Mənbənin iddiasına görə Mübariz Ağayev artıq ikinci ildir ki, bu qədər qazanc əldə edir. Keçən il subsiya yardımında icra başçısı təxminən 800 min manata yaxın qazanc əldə etdiyi bildirilir. Bu il isə keçən ilə nisbətən dövlət büdcəsindən mənimsəmə daha da artıb.

Bildirək ki, Quba rayonun 20 kəndinə ümumilikdə 14807 hektar və 4297 nəfərin adı subsidiya siyahısına salınıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt