Əsas Səhifə > Hadisə, Manşet > Suriyaya savaşmağa gedirik, Kəlbəcərə isə kabab yeməyə

Suriyaya savaşmağa gedirik, Kəlbəcərə isə kabab yeməyə


15-07-2014, 11:34
Suriyaya savaşmağa gedirik, Kəlbəcərə isə kabab yeməyə
DİA.AZ: - Ermənilər hay-küy salıblar ki, Bəs Kəlbəcərdə Azərbaycan diversantlarını ələ keçiriblər. Özlərinin də paylaşdıqları videomateriallardan da aydın şəkildə görünür ki, DİVERSANT deyə dünyaya sırımaq istədikləri hər gün ürəyində VƏTƏN QÜBARI yaşadan sıradan Azərbaycan insanlarıdır. Onlar Azərbaycanda minlərlə yox, yüz minlərlədir, milyonlarladır.

Bu gün yurduna bağlı olan əksəriyyətimiz Qarabağda olmağın nisgilini yaşayır. Düşmənin DİVERSANT deyə yaxalıdığı həmin qardaşlarımızın bir fərqi var idi ki, onlar ürək edərək vətən nisgilini söndürməyə qalxmışdılar.

Və bu, onların ilk səfərləri deyildi. İlk səfər deyildi ki, Kəlbəcər yolunu tuturdular.

Onların Kəlbəcərdə bir dananı oğurlayaraq kəsib-yedikləri videomaterialı da ermənilər yayıblar.





Bu yerdə yadıma Suriaya absurd ideya dalınca gedib, tələf olan Azərbaycan vətəndaşları düşdü…

Onlar Suriyada dana oğurlamırlar, kabab çəkmirlər…

Onlar Suriyada özlərinin də fərqinə varmadıqları şəkildə İslam dünyasına qarşı bir alət kimi istifadə olunaraq ÖLÜM MAŞINININ ağzına verilirlər.

Bundan uduşlu çıxanı isə illərdir müsəlmanı özünə PROBLEM kimi görən XRİSTİAN DÜNYASI olur.

İtirən isə bizlərik. Bütün müsəlman aləmi.

Ən çox itirəni isə Azərbaycandır. Torpaqları işğal altında olan, minlərlə qız-gəlini erməni əsirliyində işgəncə görən Azərbaycan…




….

Bəli, biz hələlik Suriyaya döyüşməyə, Kəlbəcərə isə kabab yeməyə gedirik.

Elə arzularımızda da beləyik. Kefimizin kök vaxtında «İnşallah, gələn il Şuşada yeyib-içək» deyirik və dilimizə də gətirmirik ki, «İnşallah gələn günümüzdə Şuşa uğrunda canımızı fəda edək»…





Mən kimisə qınamıram… Hamını yaxşı anlayıram. Çünki yapımız belədir. Materialımız budur. Dəxli olmayan ideyalar uğrunda ölməyə hazırıq. Toyda belə oynamaq üstündə hər şeyi - ÖLÜMÜ belə göz önünə alan millətik. Təki vətən və millət - ümumi maraqlar uğrunda ölməyək…

Allah köməyimiz olsun.... Bu gün onun köməyinə daha çox ehtiyacımız var...

Allah DİVERSANTLARIMIZI qorusun...

Məhəmməd ƏRSOY - DİA.AZ

Geri qayıt