Əsas Səhifə > Hadisə, Manşet > Gəncədə təhsil işçilərinə yay fəsli üçün yeni iş yeri tapıblar

Gəncədə təhsil işçilərinə yay fəsli üçün yeni iş yeri tapıblar


5-07-2014, 15:48
Gəncədə təhsil işçilərinə yay fəsli üçün yeni iş yeri tapıblar
DİA.AZ: - Gəncədən redaksiyamıza bir şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən bir qrup narazı təhsil işçisi icra hakimiyyəti tərəfindən onlara aid olmayan bir sahənin problemini çəkmək zorunda qaldıqlarını iddia edirlər.

Şikayət məktubunun dia.az-a daxil olan mətnində deyilir: «Gəncədə yerləşən hərbi hospital icra başçısı Elmar Vəliyevin göstərişi ilə sökülür. Amma nədənsə bu işi yerli təhsil şöbəsinə həvalə ediblər.

Yəni binanın sökülməsi təhsil işçilərinin boynuna düşüb. Belə əsaslandırıblar ki, yay dövrü olduğundan təhsil işçilərinin də əksəriyyəti bekardır. Yəni bir növ icra başçısı bizə iş tapıb».

Məcburi qaydada hər kəsin bu söküntüdə işləməli olduğunu iddia edən narazı təhsil işçiləri bildirirlər ki, onlardan söküntü üçün pul da yığılır: «Yəni kim işləmək istəmirsə, pul verməlidir».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt