Əsas Səhifə > Hadisə, Manşet > Əhməd Əhmədzadənin adamlarına qarşı korrupsiya ittihamı

Əhməd Əhmədzadənin adamlarına qarşı korrupsiya ittihamı


30-06-2014, 11:28
Əhməd Əhmədzadənin adamlarına qarşı korrupsiya ittihamı
Ağdaşda əkinlərin su ilə təminatında ciddi problemlər var. Kanalların uzun müddət təmizlənməməsi nəticəsində həm əkin sahələrinə su aparılması zamanı ciddi itkilərə yol verilir, həm də əhali vaxtlı vaxtında əkin sahələri üçün su ala bilmir.

Bu barədə PİA.AZ-a Ağdaşdan ünvanlanan müraciətdə bildirilir ki, rayonda əkin sahələrinin suvarılması sox ciddi problemə çevrilib. Bu üzdən də rayonda fəaliyyət göstərən fermer və kəndli təsərrüfatlarında məhsuldarlıq aşağı düşür.

Qeyd edək ki, Ağdaşda əkin sahələrinin suvarılmasını və əhalinin suya olan ehtiyacının ödənilməsini Meliorasiya və Su Təsərrüfatı ASC-nin iki idarəsi - Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Pirəzə Mexaniki Suvarma İdarəsi həyata keçirir.

Məlumata əsasən Ağdaşda suyun verilməsi zamanı bir qayda olaraq ayrı-seçkiliyə yol verilir. Belə ki, bir qayda olaraq məmurlar və daha imkanlı şəxslər suyu kasıb əhalidən daha əvvəl alırlar. Buna baxmayaraq Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanov və Pirəzə Mexaniki Suvarma İdarəsinin müdiri Mirəddin İslamov qanuna zidd olaraq əhalidən suyun pulunu əvvəlcədən alırlar. Pulu əvvəlcədən verməyənlərə isə su verilmir. Bkndan başqa uzun illər boyu dren və kollektorların təmizlənməməsi nəticəsində əkin sahələri sürətlə şorlaşmağa başlayıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş idarələri ilə bağlı apardığımız araşdırma isə ciddi maliyyə maxinasiyalarını ortaya qoydu. Araşdırmamız zamanı bəlli oldu ki, ağdaşda əkin sahələrinin suvarılması ilə məşcul olan bu iki idarə dövlətin milyonlarını mənimsəməklə məşğuldur. Belə ki, son 3 ildə Ağdaş rayon Suvarma Sistemləri İdarəsinə və Pirəzə Mexaniki Suvarma İdarəsin 2,5 milyon manat vəsait ayrılıb. Bundan başqa hər il Ağdaşda əhalidən təqribən yarım milyon manat mu pulu toplanır. Həmin vəsait sənədlərdə kanalların, dren və kollektorların təmizləniəsinə, avadanlıqların yenilənməsinə və s. xərclərə sərf olunub. Amma yuxarıda da qeyd edildiyi kimi əhali kanalların, dren və kollektorların uzun illərdir ki, təmizlənməməsindən şikayətçidirlər.

PİA.AZ-ı məlumatlandıran mənbəninin sözlərinə görə Rəsul Zamanov kanallrın, dren və kollektorların təmizlənməsi, cari təmiri və sair işlərini özü «özü həyata keçirməklə» yanaşı həmçinin əsas ortağı, Pirəzə Mexaniki Suvarma Sistemləri idarəsini də «həyata keçirilən işlərdə» podratçı kimi istifadə edir. Belə ki, məlumata əsasən Rəsul Zamanov əhalidən toplanan təqribən yarım milyon su pulunu bir qayda olaraq Pirəzə Mexaniki Suvarma Sistemləri idarəsinin köçürərək, güya ki, müxtəlif işlərin görülməsi adı altında sənədlər tərtib edir və iki idarə müdiri həmin vəsaiti nəqdləşdirərək mənimsəyirlər.

Bildirilir ki, Ağdaş Suvarma Sistemləri İdarəsi və Pirəzə Mexaniki Suvarma İdarəsi Ərəbocaq, Kükəl, Qəribli, Mürsəl və digər kəndlərdəki su kanallarının, arxlarının, drenlərin, həmçinin Kotavan, Xınaxlı suvarma kanallrının lildən təmzilənməsi adı altında dövlətin yüz min manatlarla vəsaitini sənədləşdirərək mənimsəyirlər. Əslində həmin işlər görülmür. Ya da kosmetik işlər aparılır və ayrılan vəsaitin əsas hissəsi mənimsənilir.

Qeyd olunur ki, Pirəzə Mexaniki Suvarma Sistemləri İdarəsi Ağdaş rayonunda 10 min hektara yaxın əkin sahəsinin suvarılması üçün su təminatını həyata keçirir . Yerdə qalan torpaqların su təminatını isə Rəsul Zamanovun rəhbəri olduğu Ağdaş Suvarma Sistemləri İdarəsi həyata keçirir.

Xatırladaq ki, Rəsul Zamanovla Mirəddin İslamov son 3 ildə Kotovan, Xınaxlı suvarma kanallarının və kiçik kənd arxlarının lildən təmizlənməs adı ilə dövlətdən 1,3 milyondan çox vəsait alıblar. Məlumatlı mənbəninin PİA.AZ-a bildirdiynə görə həmin vəsaitin 850 min manatdan çoxu sənədləşdirilərək mənimsənilib. Adətən bir qayda olaraq həmin kanalların təmizlənməsi üçün əhalidən pul da toplanır və əhalidən toplanan bu pullarla kiçik kosmetik işlər həyata keçirilir.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş idarələri ilə bağlı konkret korrupsiya faktlarını araşdırdıqdan sonra oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt