Əsas Səhifə > Hadisə, Manşet > İranın göndərdiyi emissarlar Bakıda Bəşər Əsəd üçün əsgər toplayırlar - Azərbaycanda yeni toqqquşma hazırlanır

İranın göndərdiyi emissarlar Bakıda Bəşər Əsəd üçün əsgər toplayırlar - Azərbaycanda yeni toqqquşma hazırlanır


20-06-2014, 12:43
İranın göndərdiyi emissarlar Bakıda Bəşər Əsəd üçün əsgər toplayırlar - Azərbaycanda yeni toqqquşma hazırlanır
DİA.AZ: - Son zamanlar Azərbaycanda radikal dini ovqatın güclənməsi aşkar surətdə hiss olunur. Deyəsən, daima ölkəmizə qarşı düşmən münasibətdə olan kənar güclər də yaranmış situasiyadan öz xeyirlərinə istifadə etməyə çalışırlar.

Bununla bağlı DİA.AZ-a şok bir məlumat daxil olub. Mötəbər mənbədən redaksiyamıza verilən informasiyaya görə, Azərbaycanda vəhabi təhlükəsinin yerli əhalidə kifayət qədər qıcıq yaratması, habelə İŞİD adlı vəhabi cinahının əhalisinin böyük əksəriyyəti şiə olan Azərbaycan vətəndaşlarını da aşkar surətdə təhdid etməsi, habelə ayrı-ayrı vəhabi üləmalarının şiələri aşağılayan fətvalarda bulunmaları maraqlı qüvvələr üçün qızışdırıcı rolunun oynanmasında münbit zəmin yaradıb.

Mənbənin dia.az-a söylədikləri: «Bu gün Azərbaycanda İrandan göndərilmiş xüsusi qrup fəaliyət göstərir. Həmin qrup yerli əhalinin dini duyğuları ilə oynamaqdadır və vəhabilərə qarşı aqressiya yaradaraq Azərbaycanda süni şəkildə dini zəminli toqquşmanın yaradılması ilə görəvləndirilən İrandan gəlmiş emissarlar artıq bir neçə nailiyyəti də əldə etmişlər».

Mənbə iddia edir ki, Saatlıda, Salyanda, Lənkəranda və digər bölgələrdə xüsusi olaraq işləyən qrupun əsas hədəflərindən biri də Bakı kəndləridir: «Əslində bu gün Suriyada Bəşər Əsəd tərəfindən döyüşən qüvvələr də məhz bu qrupun fəaliyyəti ilə Azərbaycanda səfərbər olunurlar. Onları təlimatlandıran iranlı emissarlar sonradan Bakı kəndlərindən və digər bölgələrdən səfərbər etdikləri gənclərimizi İrana, ardından da Türkiyə ərazisindən keçərək Suriyaya göndərirlər».

Mənbəmiz bildirir ki, bu gün həmin qrupun Azərbaycan daxilində də təhlükəli planları var: «Təbii ki, bu qrupun nəhayətdə qarşısının alınması gözlənilir».

Geri qayıt