Əsas Səhifə > Hadisə, Manşet > Ərdoğanın təzyiqi ilə baş tutan qərar Bakıda etirazla qarşılandı

Ərdoğanın təzyiqi ilə baş tutan qərar Bakıda etirazla qarşılandı


19-06-2014, 10:51
Ərdoğanın təzyiqi ilə baş tutan qərar Bakıda etirazla qarşılandı
DİA.AZ: - Dünən Dövlət Neft Şirkətinin Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında verdiyi qərar birmənalı qarşılanmayıb. Bununla bağlı DİA.AZ-a müraciət edən bir qrup valideynin sözlərindən belə aydın olur ki, onların övladları həmin bağlanan təhsil komplekslərində oxuyurdular və bu günə kimi narazılıqları olmayıb.

Valideynlər dia-az.life-a müraciətlərində yazırlar: «Bu qərarı kimlər verib, niyə verib - bilmirik. Amma onu bilirik ki, bu qərar siyasi mahiyyət daşısa da, minlərlə Azərbaycan gəncinin gələcəyinin korlanması deməkdir.

Çünki hər bir məktəbin fərqli tədris üsulu var və bu günə kimi türk liseyləri də Azərbaycanın orta məktəblərində fərqli tədris üsulu ilə seçilib. İndi həmin proqramın yarımçıq saxlanılması və əvəzində yeni üsulla tədris verilməsi minlərlə şagirdin kor qoyulması anlamına gəlir».

DİA.AZ bildirir ki, valideynləri narazı salan tək məqam bundan ibarət deyil: «Biz yaxşı başa düşürük ki, Türkiyənin baş naziri Ərdoğan cənabları Azərbaycan hakimiyyətindən Fətullah Gülənə aid olduğu deyilən bu məktəblərin bağlanmasını tələb edib. Azərbaycan hakimiyyəti də onu qırmadı və qərarı verdi.

Amma bu yanlış qərardır. Əgər Fətullah Gülən təhlükəli adamdırsa, o zaman həmin məktəblərin günahı nədir. Olmazdımı ki, məktəblərin fəaliyyəti davam edərdi və sadəcə olaraq rəhbərlik dəyişəydi».

Valideynlər sonda maddi məsələyə də diqqət ayırırlar: «Bu gün minlərlə şagirdin həmin məktəblərdə təhsil almaları üçün 2014-2015-ci tədris ili üçün ən azından 250-300 manatdan təhsilhaqqı yığılıb. Həmin pulların aqibəti necə olacaq?»

Geri qayıt