Əsas Səhifə > Hadisə, Manşet > Elşad Abdullayev meydan suladı – “Mən hazırda Paris şəhərində yaşayıram, gündəlik öz işlərimlə məşgulam”

Elşad Abdullayev meydan suladı – “Mən hazırda Paris şəhərində yaşayıram, gündəlik öz işlərimlə məşgulam”


2-06-2014, 11:23
Elşad Abdullayev meydan suladı – “Mən hazırda Paris şəhərində yaşayıram, gündəlik öz işlərimlə məşgulam”
DİA.AZ: - DİA.AZ olaraq xəbər vermişdik ki, ABU-nun hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev barəsində İnterpolun qırmızı bülleteni ilə axtarış elan olunub. E.Abdullayev buna qədər də İnterpol vasitəsilə axtarışa verilsə də, onun sərbəst hərəkəti ilə bağlı heç bir problemi yaranmamışdı. E.Abdullayevin vəkili Adil İsmayılov mətbuata açıqlamasında bildirib ki, bu xəbərlə tanış olduqdan sonra İnterpolun rəsmi saytına daxil olaraq bunu yoxlayıb. Nəticədə E.Abdullayevin adının bu siyahıda olmadığı aydınlaşıb.

İnterpolun Mili Mərkəzi Bürosunun rəis müavini Elnur Əliyev isə “açıqlamasında bildirib ki, bu suallara cavab almaq üçün yazılı sorğu vermək lazımdır. O, eyni zamanda vurğuladı ki, kiminsə beynəlxalq axtarışda olmasını onun saytdakı adı təsdiqləyir: “Amma konkret hansısa şəxslə bağlı sualınız varsa, rəsmi şəkildə yazılı müraciət edin”.

Bu gün isə DİA.AZ-ın eletron ünvanına Elşad Abdullayevin adından bu iddialarla bağlı açıqlama daxil olub. Dia.az olaraq həmin açıqlamanı bəzi ixtisarlarla diqqətinizə təqdim edirik:

“1. Mənə qarşı axtarış tam olaraq qanun pozuntusudur. Buna görədə İnterpol axtarışına hüquqi qiymət verilməlidir.

Hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan respublikasının Əsas Qanunun 70-ci maddəsində də siyasi sığınacaq hüququnun konstitusuya qaydası müəyyən edilmişdir. Eyni qaydalar daha öncə Fransa Konstitusiyasında ilk dəfə olaraq müəyyən edilmişdir.

Sığınacaq - hüququ vətəndaşı olduğu və ya yaşadığı ölkədə siyasi fəaliyyətinə və ya baxışlarına görə təqib edilən şəxslərin onun ərazisinə gəlmək və yaşamaq ücün dövlətin buna razılıq vermək hüququdur. Qüvvvədə olan Fransa və digər Avropa Birliyi dövlətlərinin qanunvericiliyinə görə dövlət tərəfindən xarici vətəndaşlara sığınacağın verilməsi həmin şəxslərin bu ölkəyə gəlməsini, orada qalmasını və onların başqa dövlətlərə verilməməsini nəzərdə tutur. Sığınacaq hüququnun verilməsi Böyük Fransa inqilabı dövrünə təsadüf edilir. İlk dəfə olaraq Fransanın 1793 il tarixli Konstitusiyasında xarici vətəndaşlara siyasi sığınacaq verilməsi nəzərdə tutulurdu. Həmin dövrdən bu günə qədər artıq müasir dünya dövlətlərinin Konstitusiyalarında sığınacaq hüququ öz əksini tapmışdır. Hazırda ''siyasi sığınacaq” hüququ beynəlxalq hüququn hamılıqla tanınmış ümumbəşəri prinsiplərindən biri olmuşdur. Ümumdünya insan hüquqları Bəyannaməsinin 14-cü madəsinə görə “hər bir insan təqibdən yaxa qurtarmaq ücün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir”. Beynəlxalq hüquq normalarına görə sığşnacaq hüququ olan şəxslər bütün halllarada başqa dövlətlərə verilmir. Sığınacaq hüququ insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır.

Əgər şəxs qacıb–gizlənmirsə və yeri-yurdu bəllidirsə o, beynəlxalq axtarışa verilə bilməz. Şəxs o vaxt beynəlxalq axtarışa verilə bilərki, onun yeri-yurdu bəlli olmasın. Mən adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın gizli video görüntülərini Prokurorluğa və MTN verdikdən sonra qara maskalıların silahlı basqınına məruz qaldım və bundan sonra özümü müdafiə etnək məqsədilə Azərbaycanı tərk etdim. Mən hazırda Paris şəhərində yaşayıram, gündəlik öz işlərimlə məşgulam, ünvanımıda vəkilim Adil İsmayılov vasitəsilə hüquq mühafizə orqanlarına bildirmişəm.

İnterpol axtarışı təhdidi siyasi sifarişdir, hec bir hüquqi əsası yoxdur.

Mənə qarşı başlanan interpol təhdidi hüquqi baxımdan tamamilə qondarmadır. Mənə qarşı başlanan cinayət işi həqiqətə uyğun olmayan tamamilə saxta fabrikovat olunmuş sifarişli işdir. Bu cinayət işi bir məqsəd güdür – mənim Avropa Məhkəməsinəki şikayətimi necə olursa-olsun əngəlləmək. Hesab edirəm ki, qorxmaq, cəkinmək lazım deyil və mübarizəni davam etdirmək lazımdır.

Məni Fransada həbs edə bilməzlər, bu qüvvədə olan Fransa qanunvericiliyinə görə mümkün deyil.

Mən Azərbaycana dönəcəyəm, fərqi yoxdur hansı mərhələdə, mütləq dönəcəyəm. Bir balaca imkan yaranan kimi mənim vətənə qaydışımın qarşısını heç kəs ala bilməz. Mən fəxr edirəm ki azərbaycanlıyam, o, vətən eyni zamanda, Avropada siyasi sığınacaq hüququ almış 70 mindən cox azərbaycanlınındır, Azərbaycan xalqınındır, hər bir azərbaycanlınındır.

İmza : hüquq professor Elşad Abdullayev

Fransa, Paris,02 iyun 2014”

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt