Əsas Səhifə > Hadisə, Manşet > Dünən bir neçə rayonumuzda görünən naməlum obyekt Rusiyanın məxfi uçuş aparatıdır

Dünən bir neçə rayonumuzda görünən naməlum obyekt Rusiyanın məxfi uçuş aparatıdır


21-05-2014, 11:12
Dünən bir neçə rayonumuzda görünən naməlum obyekt Rusiyanın məxfi uçuş aparatıdır
DİA.AZ: - Məlum olduğu kimi, dünən Azərbaycan səmasında uçan naməlum obyektin görünməsilə bağlı müxtəlif xəbərlər yayılıb.

DİA.AZ bildirir ki, artıq həmin obyektin İmişlidə və Masallıda sakinlər tərəfindən görüldüyü bildirilir.

Bu dəqiqələrdə isə Ağdamdan gələn xəbərdə qeyd olunur ki, cəbhə xəttində yaşayan vətəndaşlarımız da UNO-nu seyr edə bildiblər.

Bu barədə DİA.AZ-a məlumat verən Ağdam rayon Əlibəyli kənd sakini İsmayilov Məhəmməd yazır:

Dünən bir neçə rayonumuzda görünən naməlum obyekt Rusiyanın məxfi uçuş aparatıdır

“Dünən gecə saat 22 -14 də Ağdam rayon Əlibəyli bir qesebe səmasında görunən naməlum obektin şəklini sizlərə göndərirəm. Evdə oturmuşdum. Qonşu uşaqlarla söhbət edirdik. Uşaqların biri evlərinə getmək üçun çıxdı və qışqırdı: “Buna baxın, nəysə göydə möcüzə var”. Hamımız çıxıb baxdıq”

Vətəndaş bildirir ki, 5-6 dəqiqə Ağdam səmasında görünən naməlum obyekt sonra qeybə çəkilib.

DİA.AZ-ın araşdırmalarına görə, bu obyekt – yəni dünən bir çox rayonlarımızın sakinlərində vahimə yaradan bu obyekt Rusiyanın məxfi uçan obyektidir. Bu barədə redaksiyamıza məlumatlı mənbələr xəbər ötürüb. Qaynaq iddia edir ki, bir neçə il əvvəl həmin obyekt bir çox ölkələrdən görünmüşdü. Sonradan Rusiya obyektlə bağlı mücərrəd izahatları ilə diqqətə gəldi.

Maraqlı olanı isə odur ki, ruslar məxfi içiş aparatlarını nədən Azərbaycan üzərində manevr etdirirlər...


Geri qayıt