Əsas Səhifə > Hadisə, Manşet > Qafqazın 13-cü Şeyxi postunda kimi görürlər? - Rəqib cinah Allahşükür Paşazadəni yola salmaq istəyir

Qafqazın 13-cü Şeyxi postunda kimi görürlər? - Rəqib cinah Allahşükür Paşazadəni yola salmaq istəyir


20-05-2014, 13:14
Qafqazın 13-cü Şeyxi postunda kimi görürlər? - Rəqib cinah Allahşükür Paşazadəni yola salmaq istəyir
DİA.AZ: - Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin səhhətində problemlərin olduğunu israrla mətbuata ötürən qaynaqların verdiyi xəbər doğru çıxmayıb. Bu barədə DİA.AZ-a Şeyxə yaxın olan mənbələr informasiya verir.

Xəbəri verən qaynaq bildirir ki, hakimiyyət daxilində bəlli bir qruplaşma Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyindən alınması üçün hərəkətə keçib.

Qafqazın 13-cü Şeyxi postunda kimi görürlər? - Rəqib cinah Allahşükür Paşazadəni yola salmaq istəyir

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, artıq həmin dairələrin namizədi də var: «Onlar tanınmış dindar Hacı Sabiri Qafqazın 13-cü şeyxi etmək istəyirlər. Yəni Allahşükür Paşazadə bu gün bu postda 12-ci adamdır».

Məlumatı verən qaynaq onu da bildirir ki, bununla bağlı Şeyxin yaxın ətrafı da məlumatlıdır: «Təbii ki, proses diqqətlə izlənilir».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt