Əsas Səhifə > Hadisə, Manşet > İndi də Allahşükür Paşazadənin əvəzinə namizəd axtarışına çıxıblar

İndi də Allahşükür Paşazadənin əvəzinə namizəd axtarışına çıxıblar


15-05-2014, 10:54
İndi də Allahşükür Paşazadənin əvəzinə namizəd axtarışına çıxıblar
DİA.AZ: - Dünən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin ağır xəstə olması barədə məlumat yayan dairələr indi də onun əvəzinə kadr axtarışına çıxıblar. Hər halda DİA.AZ-a “kamal murad” imzası ilə göndərilən məqalənin müəllifinin 2 günlük səyindən anlaşılanı budur.

Oxucular üçün maraqlı olacağını zənn edərək, həmin dairələrin DİA.AZ-a yolladığı məqaləni diqqətinizə təqdim edirik:

“Nə Hacı Şahin nədə Hacı Surxay ,Allah Şükür Paşazadədən sonra QMİ sədr olmağa çox həvəslənib xəyallarla yaşamasın.Hörtmətli Şeyximiz Allah Şükür Paşazadədən sonra hakimiyyətin başqa namizədi var.Elə bir namizəd ki hamını şoka salacaq.

Hacı Surxay son bir ilə kimi QMİ-nə ən layiqli namizəd idi.Amma Hacı Şahinin adamları onun çox məharətlə nüfuzdan saldılar.Hacı Surxay əvvəllər Dağıstanın Dərbən şəhərində QMİ nümayəndəsi olmuşdur.Hacı Surxayın siğə etməsi ona baha başa qəlib.Dağıstanda hamı bilir ki durum başqadır.Hacı Surxayı siğə etdiyi qızın qohumları döymüş və Dərbəndən qovmuşdu.Bu məlumatı Hacı Şahinin adamları Azərbyacanda hər yerdə yayıblar.

Hacı Surxay da əlbəttə dinc durmayıb.Hacı Şahinə İran agentindən tutmuş atmadığı iftira qalmamışdır.Hacı Surxay hakimiyyətə və Azərbaycan xalqına sübut etmişdir ki, Hacı Şahin Azərbaycan bağlı ola bilmir. Üzdə Azərbyacana bağlı olduğunu desədə İranın müctəhidlərinin təsirindən çıxa bilmir.Çünki illərnən Xameneyinin Azərbyacandakı nümayəndəsi Ocaq Nivatın şəxsi şoferi olmuş və dini biliklərə Ocaq Nicatdan yiyələnmişdir. Hacı Şahinin cinsi dəyişmək barədə Xomeyninin fətvasını təkrarlamasını və bunun medyaya sızdırılmaısnı məhz Hacı Surxay təşkil etmişdir.Hacı Surxay ,cinsi dəyişməkdə Hacı Şahinin mövqeyini bildiyi üçün öz adamını göndərmiş və ona məhz bu sualı vermiş və istədiyi cavabı aldıqdan sonra hər yerdə Hacı Şahinin cinsi dəyişmək fetvasını yaymışdı.

Hacı Surxay übut etdi ki,Hacı Şahin ən qarışıq məsələdə belə Xomeyninin fətvasından kənara çıxa bilmir.Xomeyniyə qədər bağlıdır.

Hacı Şahinin ,Allah Şükür Paşazadədən sonra QMİ sədr olmaısnı ,İslam Partiyasının sədri Mövsüm Səmədov və Azərbaycanda dindarları hakimiyyət əleyhinə mitinqə səsləyən və Hicab məsələsində şəhid olacaq deyərək mitinqlərdə polisə müqavimət göstərən “Cəfəri Hey`ətinin” sədri Abgül Süleymanovda dəstəkləyir.Mövsüm Səmədov və Abgül Süleymanov bir aydan çoxdur ki ,dindarlara xəbər salırlar ki,Hacı Şahini dəstəkləyin.Sanki Allah ŞÜKÜR Paşazadənin xəstə olması məlumata onlarda olmuşdur.Abgül Süleymanovun islam-azeri.az saytı çoxdandır Hacı Şahin dəstəkləməyə başlamışdır.Hərçənd ki,son zamanlara qədər aralarında inciklik var idi.Çünki Hacı Şahin sona kimi Abgül Süleymanova dəstək verməmişdi.

Bəs Allah Şükür Paşazadədən sonra QMİ sədri kim olacaq?

Paşazadədən sonra QMİ sədri Hacı Fuad Nurullah olacaq.Artıq Şeyx onun namizədliyini QMİ gizli irəli sürmüş və hamıdan onu dəstəkləməyi tələb etmişdir.Çünki Hacı Fuad Nurullahı hamı,sünni şiyə,İran ,Türkiyə hətta Ərəb ölkələri belə dəstəkləyir.Qərb ölkələrinində ona qarşı münasibəti çox yaxşıdır”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt