Əsas Səhifə > Hadisə, Manşet > Ziya Məmmədovun yerinə gətirilməsi planlaşdırılan şəxsin kimliyi bəlli oldu

Ziya Məmmədovun yerinə gətirilməsi planlaşdırılan şəxsin kimliyi bəlli oldu


14-05-2014, 10:19
Ziya Məmmədovun yerinə gətirilməsi planlaşdırılan şəxsin kimliyi bəlli oldu
DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən alınması məsələsi çoxdandır KİV-lərdə ən çox dartışılan mövzulardan birinə çevrilib.

Qeyd edək ki, həm nazirin özünə və həm də yaxın çevrəsinə qarşı yerli mətbuatda olduqca ilginc faktlar açıqlanmaqda, çox ciddi kampaniya aparılmaqdadır ki, bunu da ekspertlər haqlı olaraq Ziya Məmmədovun görəvdən alınmasına tədarük kimi səciyyələndirirlər.

Bununla bağlı DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki etibarlı mənbə isə bildirir ki, artıq Ziya Məmmədovun yerinə təyin ediləcək kadrın kimliyi də məlumdur.

Ziya Məmmədovun yerinə gətirilməsi planlaşdırılan şəxsin kimliyi bəlli oldu

Mənbənin sözlərinə görə, hələlik NN şefi postunda dəyişikliyin vaxtı müəyyənləşməyib. Qaynağın dia.az-a söylədikləri:

«Amma artıq Ziya Məmmədovu əvəz edən şəxsin kimliyi məlumdur. Bu, zaman-zaman Ziya Məmmədova qarşı əsas alternativ kimi təqdim olunan nəqliyyat nazirinin müavini Musa Pənahovdur. Ona dövlət başçısının da çox ciddi etimadı var».

Qeyd edək ki, Musa Pənahov 1959-ci ildə anadan olub.

Ali təhsillidir. Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində,
1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur. Ailəlidir, 2 övladı var.

Geri qayıt